Icma.az
close
up
RU
Yol polisi qarlı havaya görə müraciət etdi KONKRET

Yol polisi qarlı havaya görə müraciət etdi KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Bu barədə KONKRET.az–a İdarədən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş formada xidməti fəaliyyətini davam etdirir.

Xüsusilə magistral yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları fasiləsiz xidmət aparır. Eyni zamanda, aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladır:

– Sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməlidirlər.

– Avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalıdır.

– Görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqları yandırmaq və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlamaq vacibdir.

– Dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər.

– Piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.

Yol hərəkəti qaydalarına əməl olunması hər kəsin təhlükəsizliyi üçün mütləqdir!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və qaydalara ciddi riayət etməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri