Yol polisindən qaçan sürücü svetoforlarda dayanmayıb qəza törətdi 12 dəfə cərimələndi VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Yol polisinin “Saxla” əmrinə tabe olmayan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Çeboksar şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Şəhərin Privokzalnaya küçəsində xidmət aparan yol polisi əməkdaşları şübhəli “VAZ-2114” markalı avtomobilin sürücüsünə “Saxla” əmrini veriblər. Sürücü onların əmrinə tabe olmayıb və qaçmağa çalışıb. Təqib zamanı sürücü təhlükəli manevrlər edərək bir neçə dəfə işıqforun qırmızı işığından keçib.
Sonda o, avtomobilin sükan idarəetməsini itirərək əvvəlcə səkiyə, daha sonra isə park edilmiş “Lada Vesta”ya çırpılıb. Polis qaydaları pozan sürücüyə 12 cərimə protokolu tərtib edib və avtomobili cərimə meydançasına aparılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Noyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















