Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Kaylinin şousu diqqət çəkdi

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

Yol qəzalarının əsas səbəbləri BƏLLİ OLDU

Yol qəzalarının əsas səbəbləri BƏLLİ OLDU

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Son dövrlərin statistikalarına əsasən demək olar ki, paytaxt ərazisində qeydə alınan yol qəzalarının sayında artım var? Yoxsa, əksinə azalma mövcuddur?

- Cari ilin 9 ayında ölüm və xəsarətlə nəticələnən paytaxtın inzibati ərazilərində kəsişən küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikasına əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayında, eləcə də, ölən və xəsarət alanların sayında azalma müşahidə olunsa da, təbii ki, bu rəqəmlər bizi narahat edir. Çünki hər bir hadisə insan faktorudur, insanların xəsarət alması, həyatlarını itirməsi ilə nəticələnir. Amma ümumilikdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz, fasiləsiz hərəkətinin təmin olunması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. İstər müxtəlif media subyektləri, sosial şəbəkə seqmentləri vasitəsilə həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlada, görülən işlərə baxmayaraq yenə də bəzi yol hərəkəti iştirakçıları - sürücü, piyada qaydalara səthi yanaşırlar ki, nəticədə yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilirlər.

- Bəzən piyadalar qanunu pozmalarını piyada keçidlərinin düzgün yerdə quraşdırılmaması ilə izah edirlər. Buna görə də özlərinə haqq qazandırırlar. Həqiqətən, vəziyyət belədir?

- Yol hərəkəti iştirakçılarının arasında ən müdafiəsiz hərəkət iştirakçıları piyadalardır. Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri ən yaxşı halda xəsarətlə nəticələnir. Digər halda həyatlarını itirirlər. Apardığımız müşahidələr göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan ərazilərdə və keçidlərin yanında baş verir. Məsələn, yol-nəqliyyat hadisəsi olur, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilir. Yerüstü piyada keçidi olan yerdə onun altında, yeraltı keçidin üstündə, yaxud da, on metr irəlidə piyada zolağı olduğu halda bəzi piyadalar tələskənlik göstərirlər. Öz həyatları ilə yanaşı sürücülərin də həyatını təhlükəyə atırlar. Bəzi yerlərdə sürücülər avtomobillərdən yox, piyadalardan ehtiyat edirlər. Çünki xaotik şəkildə, yolun hərəkət hissəsində hərəkət edirlər. Biz dəfələrlə bu istiqamətdə profilaktik tədbirlər həyata keçirmişik. Bu gün də piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri olan yerlərdə monitorinqlər olur. Zığ şosesində iki gün əvvəl baş verən nəqliyyat hadisəsinin görüntüləri çıxarılır. Əməkdaşlarla yaxınlaşırıq, həmin yerdən keçən piyada saxlanılır. Göstəririk ki, iki gün öncə bir piyada burada həyatını təhlükəyə atıb, həyatını itirib. Müxtəlif bəhanələr gətirirlər. Nəzərə almırlar ki, ani diqqətsizlik, yol hərəkəti qaydalarına biganəlik sonda xoşagəlməz halların baş verməsinə gətirib çıxara bilər.

- Məktəblərdə yol hərəkəti qaydaları necə tədris olunur?

- Məktəblərdə həyat bilgisi fənnində yol hərəkəti ilə bağlı ilkin biliklər aşılanır. Amma biz dəfələrlə məktəblərdə uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər həyata keçiririk. Məqsədimiz yol hərəkəti qaydalarının aşılanması, məsuliyyət hissinin artırılmasıdır. Hətta valideynləri də dəvət edirik. Bu gün bəzi valideynlər məktəbə uşaq aparanda qaçaraq, nəzərdə tutulmayan yerdən keçirlər. Nəzərə almırlar ki, bu uşaq böyüdükdə düşünəcək ki, yolu belə keçib daha tez çatırdım. Valideynlər də bu məsələdə məsuliyyətli olmalıdırlar. Azyaşlı övladlarını nəzarətsiz qoymamalıdırlar. Dövlət Yol Polisi İdarəsi tərəfindən hər il "Diqqət uşaqlar" aylığına start verilir. "Piyada təhlükəsizliyi" aylığı keçirilir. Məqsədimiz odur ki, piyadaların təhlükəsizliyini təmin edək. Amma bəzi valideynlər özlərini, övladlarının həyatını təhlükəyə atırlar. Nəzərdə tutulmuş yerdən keçsələr belə, bəzən qaydalara düzgün şəkildə riayət etmirlər. Xüsusilə, nizamlanmayan piyada keçidlərində riayət etmirlər.

- Nə üçün Avropa və Postsovet məkanlarına nisbətən ölkəmizdə qəzaların sayı nisbətən çoxdur?

- Çox deməzdim. İldən-ilə azalır, amma narahatlıq yaradır. Çalışırıq ki, bu rəqəmlərin minimuma endirilməsi istiqamətində tərəfimizdən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirək. Amma bu məsələdə vətəndaş həmrəyliyi də olmalıdır. Nəzərə almaq lazımdır ki, yolayrıcında polis dayanıb hərəkəti tənzimləyir. Lakin piyada, sürücü olaraq qaydalara düzgün şəkildə riayət etmək lazımdır. Həyatda sağ qalmağın bir yolu da yol-hərəkəti qaydalarına ciddi riayət etməkdir. Buna məsuliyyətlə yanaşmaq lazımdır. Bəzi şəxslərin qaydalara biganəliyi sonunda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

- Tıxac və sıxlığın yaranmasının əsas səbəblərindən biri də yeni salınmış zolaqlardır?

- Sıxlıq məsələsi nəinki paytaxt Bakıda, inkişaf etmiş meqapolislərdə müşahidə olunur. İstanbulda, Moskvada saatlarla tıxaclar olur. Sıxlığın yaranmasının səbəblərindən biri də nəqliyyat vasitələrinin çoxluğudur. Respublika üzrə 1 milyon 800 mindən çox nəqliyyat vasitəsi qeydiyyatdadır. Onun böyük bir hissəsi paytaxtın payına düşür. Gün ərzində paytaxtın Şimal və Cənub qapısından 100 mindən çox nəqliyyat vasitəsi paytaxta daxil olur. Təbii ki, bölgələrə gedən avtomobillər də var. Bu gün paytaxt ərazisində sıxlığın yaranmasının əsas amillərindən biri dayanma-durma qaydalarının pozulmasıdır. Bu, istər-istəməz yolun buraxıcılıq qabiliyyətinin pozulmasına səbəb olur. Bir sürücü zolaqla hərəkət edir, görür ki, qarşında nəqliyyat vasitəsi dayanıb. İstər-istəməz digər zolağa keçmək məcburiyyətindədir. Bu da hərəkətin intensiv olduğu yerlərdə bir nəqliyyat vasitəsinin 3-5 saniyə dayanması arxada böyük sıxlığın yaranmasına səbəb olur. Nasaz nəqliyyat vasitələrinin istismarı da sıxlıq yaradır. İki nasaz avtomobilin yolda dayanması sıxlığın yaranmasına səbəb olur. Piyadalar da bəzən sıxlığın yaranmasına gətirib çıxarır. Nizamlanmayan keçidlərdən tək-tək keçirlər. Sürücü də ona yol vermək məcburiyyətində qalır. Hazırlaşır ki, hərəkətini davam etdirsin, digər piyada yolu keçir. Yol-nəqliyyat hadisələri də sıxlığın yaranmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see239

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see237

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see234

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see218

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see211

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see210

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see172

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see170

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see169

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see168

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri