Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Dekabrın 10-11-də Bakıda Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şəbəkəsinin “Yol hərəkəti təhlükəsizliyinə dair yol polisinin fəaliyyəti üzrə" 2-ci yüksək səviyyəli iclası keçirilib.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 24 ölkədən 43 nümayəndənin, eləcə də çoxsaylı qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, polis orqanları arasında regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına həsr olunub.
8 sessiyadan, eləcə də 2 yüksək səviyyəli paneldən, 9 təqdimat və 4 açıq müzakirədən ibarət proqram əsasında iki gün davam edən iclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq və qarşılıqlı təcrübə məsələlərinə toxunulub.
Sessiyalar və panel müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları, yol-nəqliyyat hadisələrinin, xüsusilə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının sayının, habelə iqtisadiyyata və ətraf mühitə vurduğu zərərin minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin effektiv idarə olunmasında informasiya texnologiyalarının tətbiqi üzrə texniki səviyyədə bilik və təcrübə mübadiləsi müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















