Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Yol təhlükəsizliyi üzrə maarifləndirmə üçün bir fənn yox, ətraflı hazırlanmış proqram tətbiq olunmalıdır

Yol təhlükəsizliyi üzrə maarifləndirmə üçün bir fənn yox, ətraflı hazırlanmış proqram tətbiq olunmalıdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu gün cəmiyyətimizin əsas problemi piyada problemidir", desək yanılmarıq. Yollarda qulağına “qulaqcıq” taxıb, ətrafda baş verənlərədn xəbərsiz addımlayanlar, sürücü borçluymuş kimi yüksək sürətli yolların belə hansı tərəfindən oldu keçməyə cəhd edənlər, işıqforun işıqlarına fikir verməyən piyadalar təkcə öz həyatlarını təhlükəyə atmır, eyni zamanda sürücüləri də çıxılmaz vəziyyətə salırlar. Əslində piyada mədəniyyəti uşaq yaşlarından aşılanmalıdır. Bu davranış istər məktəblərdə, istər evlərdə uşaqlara öyrədilməlidir.

Mütəxəssislərin fikrincə, uşaqlar tərbiyəni ilk növbədə evdə aldığı üçün piyada mədəniyyətini də evdə valideynləri onlara aşılamalıdır. Amma biz yollarda görürük ki, valideynlər özləri belə uşaqları təhlükəyə atırlar. Məsələn; yol keçərkən uşaqları yolun hərəkət istiqamətində saxlayırlar və yaxud işıqforun işıqlarına fikir vermədən uşaqları da arxalarınca dartır və bu da azmış kimi hərəkət üstünülüyü olan sürücüləri ya söyür, ya da üzlərinə baxıb gülürlər. Belə valideynlərdən uşaqlar nə öyrənə bilər axı?!

Uşaqlara yol təhlükəsizliyi haqqında necə danışmaq olar?Uşağınıza küçədə diqqətli olmağı öyrətməlisiniz. Əsas odur ki, izah edin və qorxutmayın. Əks halda, uşaq narahat olacaq və inamsızlaşacaq.Uşaqların dilində danışın, çünki onlar mürəkkəb və darıxdırıcı ifadələr başa düşmürlər.Həyatdan misallar gətirin. Məsələn; kiminsə yolu necə düzgün keçdiyini və təhlükəli vəziyyətdən qaçdığını söyləyin.Uşağınızla situasiyaları canlandırın və ya uydurun. Bu, darıxdırıcı "mühazirələr"dən daha yaxşı alternativdir.Təhlükəsizlik haqqında vaxtında məlumat verin. Məsələn; yolu keçəndə öz nümunənizlə göstərin.Bütün qaydaları bir anda uşağınızın üzərinə atmağa çalışmayın. Bu barədə gündə bir neçə dəqiqə müntəzəm olaraq danışmaq kifayətdir. Ona təhlükəyə reaksiya verməyi öyrədin.Uşağın təhdidedici vəziyyətlərdə hərəkət etməkdən qorxmaması çox vacibdir.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəblərdə uşaqlara yol hərəkəti və təhlükəsizlik qaydaları öyrədilir.

İlqar Orucov

“Məndə olan informasiyaya görə, məktəblərdə yol hərəkətinin təhlükəsizliyi mövzusunda xüsusi dərslər, təlimlər, tədbirlər həyata keçirilir. Bilirsiniz ki, Azərbaycanda Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı mövcud idi və bu proqramdan irəli gələrək həm də təhsil müəssisələrinin üzərinə vəzifələr qoyulmuşdu. Bu proqramın həyata keçirildiyi dövrlərdə bu cür təlimlər, bu cür tədbirlər, maarifləndirici aksiyalar keçirlirdi. Eyni zamanda vətəndaş cəmiyyəti institutları tərəfindən də təhsil müəssisələrində belə tədbirlər həyata keçirilir”-deyən İlqar Orucov hesab edir ki, yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır, şagirdlərlə bu istiqamətdə tərbiyəedici və maarifləndirici tədbirlərin həyata keçirilməsi həm də onların sağlamlığının qorunması deməkdir.

Ekspertin fikrincə, bu baxımdan məktəb ümumilikdə cəmiyyətə faydalı ola biləcək bütün bilikləri səriştələri, bacarıqları və təhsil alanlara ötürməlidir.

“Mütləq deyil ki, bununla bağlı hansısa konkret bir fənn tədris olunsun. Ümumilikdə, fənlərin tədrisində bu mövzular zaman-zaman işıqlandırılmalıdır və maarifləndirici işlər aparılmalıdır. Məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə mütəmadi əməkdaşlıq edir. Daxili İşlər Nazirliyi əməkdaşları və xüsusilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları məktəblərə ezam olunurlar. Məktəblilər qarşısında yol hərəkətinin təhlükəsi ilə bağlı müvafiq maarifləndirici təqdimatlarla çıxış edirlər, müvafiq çap materialları şagirdlərə paylanılır.

Bizim üçün övladlarımızın təhlükəsizliyi hər şeydən üstündür. Məktəb bu kimi mövzulara münasibətdə biganə qala bilməz və həm də onu diqqətdən kənarda qoya bilməz. Formallıq xətrinə bu kimi maarifləndirici aksiyalar, hansısa konkret tutaq ki, dövlət proqramı qəbul olundu deyə, həmin çərçivədə bunu həyata keçirim və bundan sonra işim bitdi. Belə bir yanaşma olmalı deyil. Çünki bunlar bizim gündəlik həyatımızdır və təbii ki, bu istiqamətdə məktəb aidiyyəti qurumlarla sıx əməkdaşlıq etməlidir. Təkcə gündəlik keçirilən rutin proqramlar üzərində tədrisin təşkilinə yox, eyni zamanda həyati bacarıqlar davranan gündəlik davranışlar məsələsini diqqətdə saxlamalıdır”-deyən İlqar Orucov bildirib ki, məktəb həm də vətəndaş yetişdirən xüsusi tərbiyə müəssisəsidir və yol hərəkətinin təhlükəsizliyinin təşviqi həm də bir tərbiyə, həm də bu davranış məsələsidir.

Ekspertin fikrincə, bununla bağlı təlimlərin keçirilməsinin formal deyil.

“Məktəblərin gündəlik fəaliyyətində, tərbiyə mövzusunda ən azından heç olmasa ayda bir dəfə şagirdlərlə söhbətlər aparılmalıdır. Ümumiyyətlə, mövzu kifayət qədər aktual bir mövzudur və bütün zamanlar üçün aktual mövzu olacaq, olaraq qalacaq. Yəni perspektiv üçün də aktual olaraq qalacaq”-deyən İlqar Orucov hesab edir ki, bu kimi mövzuların tədrisinə, maarifləndirmə işlərinin təşviqinə dırnaqarası baxmaq olmaz və bu kimi mövzuları daim diqqətdə saxlayıb təhsil alanların maarifləndirilməsinə şərait yaratmaq lazımdır.

Belə… Bu gün yollarda uşaq və gənclərin davranışlarına baxdığımız zaman görürük ki, yol təhlükəsizliyi qaydaları nə evdə, nə də təhsil müəssisələrində yetərli qədər aşılanmır…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Sentyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri