Yola quraşdırılan bomba partladı: Ölən və yaralılar var
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yola yerləşdirilən bombanın partlaması nəticəsində 1 əsgərin öldüyünü, 2 əsgərin isə yaralandığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinin Tuman qəsəbəsi yaxınlığında hərbi avtomobilin keçdiyi zaman partlayışın baş verdiyi bildirilib.
Partlayışda 1 əsgərin öldüyü, biri ağır olmaqla 2 əsgərin yaralandığı bildirilib.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında və Livanda baş verən qarşıdurmalarda 841 İsrail əsgəri həlak olub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















