Icma.az
close
up
RU
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” Bakının sıxlığı insanları necə dəyişir?

Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” Bakının sıxlığı insanları necə dəyişir?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda son günlər müşahidə olunan intensiv nəqliyyat sıxlığı yalnız yolların yüklənməsinə və hərəkətin ləngiməsinə səbəb olmur. Saatlarla tıxacda qalmaq, təyinat yerinə gecikmək və yolda yaranan gərginlik sürücülərin psixoloji durumuna da təsirsiz ötüşmür. Uzun müddət hərəkətsiz qalmaq səbrin tükənməsinə, əsəbiliyin artmasına, hətta bəzi hallarda sürücülər arasında mübahisə və qarşıdurmalara gətirib çıxara bilir.
Mütəxəssislər isə bildirirlər ki, tıxacın yaratdığı stress insanı yalnız sükan arxasında olduğu müddətdə müşayiət etmir. Yolda yaşanan gərginlik gün ərzində əhval-ruhiyyəyə, iş fəaliyyətinə, diqqətə və ətrafdakı insanlarla münasibətlərə də təsir göstərə bilər. 
Beləliklə, şəhərdəki nəqliyyat problemi təkcə yol və zaman məsələsi deyil, həm də insanların psixoloji rahatlığına təsir edən amilə çevrilir.
Məsələyə psixoloji aspektdən münasibət bildirən psixiatr Rövşən Hacıyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, uzun müddət sükan arxasında qalmaq, səs-küy və vaxt itkisi insanın psixoloji ehtiyatlarını tükəndirir.
“Hazırda paytaxt sakinləri hər yerə tələsir. Tıxac insanın vaxta nəzarət hissini azaldır, gecikmə və narahatlıq yaradır. Sürücülər hər gün qarşılaşdıqları eyni vəziyyətə yenə aqressiv reaksiya verirlər. Siqnal vermək, qışqırmaq və mübahisə etmək yolu açmır, əksinə gərginliyi daha da yüksəldir. İnsanlar gündəlik həyatın digər problemlərini də avtomobilə gətirirlər. Nəticədə tıxac yığılmış stressin boşaldığı, aqressiyanın asanlıqla üzə çıxdığı mühitə çevrilir”.
“Tıxacın yaratdığı gərginlik evə, ailə münasibətlərinə və yuxuya daşınır”.
Psixiatr vurğulayıb ki, insan orqanizmi stressi yalnız yaşandığı anla məhdudlaşdırmır. 
“Təkrarlanan gərginlik orqanizmi davamlı həyəcan vəziyyətində saxlayır, yuxu pozuntusu, baş ağrısı, ürəkdöyünmə, əzələ gərginliyi və xroniki yorğunluq yarada bilər. Tıxac bitdikdən sonra belə insanın əsəb sistemi dərhal sakitləşmir. Bu gərginlik evə, ailə münasibətlərinə və yuxuya daşınır. İnsan növbəti günə dincəlmiş deyil, artıq yüklənmiş vəziyyətdə başlayır. Uzunmüddətli stress diqqəti və qərarverməni zəiflədir, əmək məhsuldarlığını aşağı salır.
Xroniki stress fonunda narahatlıq, əsəbilik, yuxu problemləri, diqqət və motivasiya azalması, emosional tükənmə yarana bilər. Uzun müddət davam edən gərginlik insanın psixoloji resurslarını tükədir və şəxsi, iş və sosial həyatını zəiflədir.
Tıxacın təkbaşına psixi pozuntu yaratdığını demək düzgün deyil. Ancaq gündəlik nəqliyyat stressi digər problemlərlə üst-üstə düşdükdə insanın daşıdığı psixoloji yükü ağırlaşdırır. İnsan bir müddət sonra sadəcə yorulmur, daim gərgin vəziyyətdə yaşamağa başlayır”.
Tıxacda yaranan dava-dalaşlar insanlararası münasibətlərə necə təsir edir?
“Tıxacda yaranan dava-dalaş zamanı emosional nəzarət zəifləyir. Təhqir, hədə və fiziki qarşıdurma insanın öz emosiyasını idarə edə bilmədiyini göstərən təhlükəli davranışlardır. Aqressiv reaksiya təkrarlandıqca davranış modelinə çevrilir.
İnsan bu gərginliyi ailəsinə, işinə və sosial münasibətlərinə daşıyır. Daha tez qıcıqlanır, qarşı tərəfin adi davranışını belə hücum kimi qəbul edir və konfliktə hazır vəziyyətdə yaşayır. Tıxacda yaranan aqressiya yolda qalmır. İnsan öz əsəbini idarə etmədikdə, əslində stressi ətrafındakı insanlara ötürür”, - deyə psixiatr əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Sentyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri