Icma.az
close
up
RU
Yollarımız genişləndiriləcək? Əgər bu addım atılsa...

Yollarımız genişləndiriləcək? Əgər bu addım atılsa...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər şəhərlərdə artan avtomobil sıxlığı nəqliyyat sisteminin effektivliyini ciddi şəkildə zəiflədib və həm vaxt itkisinə, həm də ekoloji yükün yüksəlməsinə səbəb olur. Buna cavab olaraq dünya ölkələri  alternativ nəqliyyat modellərinə yönəlir.

Velosiped yollarının genişləndirilməsi, ictimai nəqliyyatla inteqrasiyalı “park & ride” sistemlərinin qurulması kimi həllər avtomobil asılılığını azaltmağın mühüm vasitələri kimi təklif olunur.

Bu yanaşmaların real effekti nədir? Alternativ nəqliyyat modelləri gündəlik mobilitet vərdişlərini dəyişərək şəhərin avtomobil yükünü həqiqətən azalda bilərmi, yoxsa onlar yalnız əlavə infrastruktur kimi qalır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, ağıllı nəqliyyat sistemləri, şübhəsiz, müasir texnologiyalara əsaslanan və nəqliyyatın idarə olunmasında yenilikçi həllər təklif edən sistemlərdir:

"Lakin bu, onların bütün problemləri avtomatik olaraq həll edəcəyi anlamına gəlmir. Hər bir ölkənin və xüsusən də paytaxt şəhərlərin özünəməxsus infrastruktur problemləri olduğundan, bu sistemlərin tətbiqi zamanı müəyyən çətinliklər və sınaqlar qaçılmazdır".

Onun sözlərinə görə, bəzi ölkələrdə analoji texnoloji sistemlər problemsiz şəkildə tətbiq olunsa da, digər şəhərlərdə eyni uğuru təmin etmək infrastrukturun vəziyyətindən və mövcud yol şəbəkəsinin potensialından asılıdır: 

"Reallıq ondan ibarətdir ki, yeni yolların inşası, mövcud yolların hərəkət qabiliyyətinin artırılması və avtomobil axınının optimallaşdırılması olmadan nəqliyyatda ciddi irəliləyiş əldə etmək çətindir. Avtomobil sayının sadəcə azaldılması da tam həll deyil. Əsas məsələ daha səmərəli və funksional nəqliyyat xidmətlərinin yaradılmasıdır. Məsələn, velosiped yolları ayrıca və tam infrastruktur kimi inşa edilməlidir".

Aslan Əsədov: Yol infrastrukturu yeni avtomobillərin sayına uyğun genişləndirilməlidir

Həmsöhbətimiz bildirib ki, Azərbaycanda isə velosiped zolaqları çox vaxt mövcud avtomobil yolunun içindən “kəsilərək” ayrılır ki, bu da nəqliyyat axınında əlavə maneələr yaradır. Bu cür yanaşma nəticədə gözlənilən effekti vermir və hərəkət üstünlüyünə mənfi təsir göstərir: 

"Problemin mahiyyəti odur ki, təkcə hansısa sistemin tətbiqi kifayət etmir. Yol infrastrukturu yeni avtomobillərin sayına uyğun genişləndirilməli, məhəllədaxili yollar inkişaf etdirilməli və çoxmərtəbəli binalarda parkinq xidmətləri artırılmalıdır. Velosiped, skuter və avtobus zolaqlarının hazırda avtomobil yolunun içində təşkil olunması isə planlaşdırılmamış yanaşmanı nümayiş etdirir və əlavə çətinliklər yaradır".

Aslan Əsədov onu da deyib ki, nəqliyyatda davamlı və effektiv nəticə əldə etmək üçün ayrı-ayrı addımlar deyil, kompleks və strateji yanaşma tələb olunur.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Fevral 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri