Icma.az
close
up
RU
Yolsuzluqdan əziyyət çəkən Suraxanı sakinləri: Hər dəfə bir qapıya yönləndirirlər

Yolsuzluqdan əziyyət çəkən Suraxanı sakinləri: Hər dəfə bir qapıya yönləndirirlər

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Suraxanı rayonunda bəzi küçələrin asfaltlanmaması sakinlərin haqlı narazılıqlarına səbəb olub.

Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, Elnur Şahbazov küçəsi, 4-cü döngə (3-cü köndələn) hələ də bərbad vəziyyətdə qalır.

Yolsuzluqdan əziyyət çəkən Suraxanı sakinləri: "Hər dəfə bir qapıya yönləndirirlər"

Sakinlərin sözlərinə görə, küçə uzun illərdir asfaltlanmayıb və bu, həm nəqliyyatın hərəkətini, həm də onların gündəlik həyatını çətinləşdirib.

"Bu problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Bütün məhəllə yığışıb icra hakimiyyətinə getdik, amma nəticə olmadı. Bizi yol idarəsinə yönləndirdilər, orada isə - "məktub yazın", - dedilər. Məktub da yazmışıq, amma heç bir cavab yoxdur. Hər dəfə bir qapıya yönləndirirlər, bezmişik", - deyə şikayətdə qeyd olunub.

Şikayətçi, həmçinin küçədə təhlükə yaradan digər problemdən də sakinlərin narahat olduqlarını vurğulayıb:

"Yolda elə yer var ki, elektrik xətlərinin üstü açıq qalıb. Uşaqlar küçədə oynayırlar, hamısı azyaşlıdır. Valideyn olaraq çox narahat oluruq".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında tərəfimizdən aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb.

"Həmçinin elektrik xəttinin üstünün açıq olması ilə bağlı məsələnin araşdırılaraq lazımi tədbir görülməsi üçün tərəfimizdən Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinə tapşırıq verilib və məsələ nəzarətimizdədir", - deyə məlumatda qeyd olunub.

Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən küçə agentliyin balansında deyil.

"Küçənin bir hissəsi 2022-ci ildə Dövlət İnvestisiya Proqramına salınaraq təmir olunub, digər hissəsinin təmiri üçün isə yenidən icra hakimiyyəti tərəfindən Dövlət İnvestisiya Proqramına salınması üçün müraciət olunmalıdır. Müraciət isə AAYDA-ya yox, aidiyyəti üzrə edilməlidir. Çünki agentlik balansında olmayan yollarda hər hansı təmir işlərinin aparılmasına qərarvermə səlahiyyətinə malik deyil. Yalnız Dövlət İnvestisiya Proqramına salındıqdan sonra işin icrası bizə tapşırılır və biz ərazidə lazımi işləri həyata keçiririk", - deyə A.Nəcəfli bildirib.

Elnur Şahbazov küçəsində elektrik xəttinin üstünün açıq olması məsələsinə gəlincə isə, "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin hissədə yağış suları yolda çuxur yaradıb və izolyasiyalı naqillərin keçdiyi plastik boru az bir hissədə görünür:

"Müraciət əsasında əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirildi. Qeyd edək ki, görünən naqillər yox, onları izolyasiya edən plastik borudur, bu isə heç bir təhlükə yaratmır. Sakinlərin narahatlığını nəzərə alıb, həmin hissə betonla örtüldü və problem aradan qaldırıldı".

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri