Yolun kənarı boş olsa da, maşını səkidə park etdi 90 TL 740 FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bütün xəbərdarlıqlara və cərimələrə baxmayaraq hələ də sürücülərin avtomobillərini səkidə parklaması hallarına rast gəlinir.
Səkilər piyadalar üçün nəzərdə tutulsa da, bəzi sürücülər bu qaydanı kobud şəkildə pozur. Bu cür məsuliyyətsiz davranış nəticəsində vətəndaşlar yolda, maşınların arasında hərəkət etməyə məcbur qalırlar ki, bu da həm təhlükəsizlik, həm də rahatlıq baxımından problemlərə səbəb olur.
Avtosfer.az xəbər verir ki, analoji hal Sabunçu rayonu Bakıxanov qəsəbəsində də müşahidə olunur. Oskar Əfəndiyev küçəsində 90-TL-740 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü maşını birbaşa səkinin üstünə park edib. Bu səbəbdən piyadalar yolu keçmək üçün avtomobil yoluna çıxmağa məcbur qalıblar.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin səkilərdə dayanma və durmasına görə 60 manat və əlavə olaraq 2 balla cərimə olunur.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















