Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin ekspertindən hazırda yayılan virusla bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyinin ekspertindən hazırda yayılan virusla bağlı AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir:

“Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir. Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər.

Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin də zədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər.

Fərqləndirici əlamətlər əsasən onların xarakterik gediş xüsusiyyətləridir, yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir.

Bu zaman çox vaxt burun axması ya olmur, ya da çox az miqdarda baş verir. Əksinə, adenovirus infeksiyası zamanı ağız və udlağın selikli qışasının daha çox şişməsinə, limfa düyünlərinin böyüməsinə, faringitə, badamcıqların böyüməsi və ödəmləşməsinə, gözün selikli qışasının əksərən bir tərəfdə iltihablaşmasına, burundan çoxlu miqdarda selikli ifrazatın olmasına, qaraciyər və dalağın böyüməsinə, hətta bəzi xəstələrdə ishalın baş verməsinə rast gəlirik”.

Mütəxəssis-ekspert vurğulayıb ki, respirator sinsitial infeksiya (RSV) zamanı ən parlaq əlamətlər əsasən uşaqlarda və ahıl şəxslərdə rast gəlinir:

"Ümumi əlamətlər az ifadəli olsa da, bronxit və bronxiolit erkən inkişaf edir. Bu zaman xəstədə tənəffüsün çətinləşməsi, boğulma hissi, quru, tutma şəkilli öskürəyə rast gəlinir. Qrip zamanı digərləri ilə müqayisədə daha çox pnevmoniya baş verir, bəzən meningit və ya meninqoensefalit kimi mərkəzi sinir sisteminin ağır zədələnmələri inkişaf edir. Digər respirator virus infeksiyalarının fəsadlaşması daha az halda baş verir və əsasən immundefisitli xəstələrdə rast gəlir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri