Yoon Suk Yeolun dindirildiyi müəssisənin yaxınlığında bir nəfər özünü yandırıb
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyada hərbi vəziyyətlə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş prezident Yoon Suk Yeolun dindirildiyi müəssisənin yaxınlığında bir nəfər özünü yandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, özünü yandıran şəxs xəstəxanaya çatdırılsa da, bütün səylərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Yonhap xəbər agentliyinin məlumatına görə, insident paytaxt Seulda Korrupsiyaya Qarşı İstintaq İdarəsinin (CIO) yaxınlığında baş verib.
Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin özünü yandırdığı, daha sonra isə öldüyü bildirilib.
Onun bunu prosesə müdaxilə olsun deyə edib-etmədiyi də hələlik məlum deyil.
Qeyd edək ki, Yoonun həbs qərarına etirazlar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















