Icma.az
close
up
RU
Yorğunluqdan xilas olmaq üçün bunları EDİN

Yorğunluqdan xilas olmaq üçün bunları EDİN

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yorğunluq gündəlik həyatımızı çətinlədirə və işlərimizi həll etməkdə maneə yarada bilər.

News24.az Redaktor.az-a istinadla xəbər verir ki, yorğunluq fiziki və psixoloji səbəblərə görə baş verə bilər.

Qeyri-sağlam həyat tərzi, qeyri-rasional gündəlik rejim, yarımçıq yatmaq, hərəkətsizlik, depresiya və çox düşünmək yorğunluğun səbəbləri sırasına daxildir. 

Gün ərzində uzun müddət oturaraq işləmək və ya maşın sürmək insanın hərəkətsiz qalmalı olduğu vəziyyətlər yorğunluğa yol açır.  Uzun iş və ya dərs müddətində qısa fasilələr vermək enerji səviyyənizi qorumağa kömək edir. İki saatdan bir 5-10 dəqiqəlik fasilələr edin və bu fasilələr zamanı sadə gərmə hərəkətləri ilə əzələlərinizi rahatlaşdırın.

Yorğunluğu aradan qaldırmaq üçün sağlam və balanslı qidalanma vacibdir. Karbohidrat, zülal və yağ qrupları balanslı şəkildə istehlak edilməlidir. Sağlam yağların, meyvə və tərəvəzlərin qəbuluna diqqət yetirilməlidir.

Bədəninizin düzgün işləməsi üçün müxtəlif vitamin və minerallara ehtiyacı var. Dəmir, B12 vitamin, D vitamini və maqnezium çatışmazlığı yorğunluğa səbəb olur. Bu vitaminləri ehtiva edən qidaları müntəzəm olaraq istehlak etmək enerjinizi qorumağa kömək edəcək.

Yetərli miqdarda su içmək yorğunluq hissini azaldır.

Özünü daim yorğun hiss edən insanlar həftədə bir neçə gün yürüş edərək daha aktiv həyata sahib ola bilərlər. İdman yorğunluğun azaldılmasında əhəmiyyətlidir.

Daha nizamlı və keyfiyyətli yuxu yorğunluğu aradan qaldırmaq üçün təsirli həll yoludur. İnsanın kifayət qədər yuxu alması və ertəsi gün daha enerjili oyanması üçün gecə ortalama 7-9 saat yatması lazımdır.

Stresin idarə edilməsi yorğunluğun aradan qaldırılmasında mühüm rol oynayır. Streslə mübarizə aparan insanlar tez-tez ictimai fəaliyyətlərlə məşğul olaraq və müxtəlif hobbilər əldə etməklə problemin təsirlərini yüngülləşdirə bilərlər.

Xüsusilə gündəlik olaraq ilıq su ilə duş qəbul etmək daxili bədən istiliyinizi artıraraq özünüzü daha enerjili hiss etməyə kömək edəcək.

Daimi yorğunluq hissi təkcə yorulmaq və ya istirahətin olmamasına görə olmaya bilər. Həmçinin anemiya, limfoma, ürək xəstəlikləri, böyrək çatışmazlığı və s. xəstəliklərin əlaməti ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see392

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see372

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see346

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see342

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see337

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see332

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see329

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see327

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see304

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see301

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see282

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see278

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see275

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see272

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see258

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see244

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see242

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see233

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see224

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri