York: Reallıq budur ki, məşqçi hazırlığı məsələsində ispanlar dominantdır
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Mançester Yunayted"in əfsanəvi futbolçusu Duayt York İngiltərə Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib və milli komandada xarici məşqçinin çalışmasına diqqət çəkib. Sport24.az xəbər verir ki, York İngiltərədə və Karib hövzəsində İspaniya səviyyəsində məşqçilər yetişdirməyin hələ mümkün olmadığını bildirib:
"Dünyanın ən yaxşı liqasına sahibik, amma İngiltərənin xaricdə məşqçisinin az olması çox maraqlıdır. Bu, İngiltərə futbolunun hansı səviyyədə olduğunu göstərir. Məşqçi heyətini İspaniya səviyyəsinə çatdırmaq üçün hələ çox işimiz var".
York Premyer Liqanın aparıcı klublarında xarici mütəxəssislərin çalışmasına da diqqət çəkib. O, "Arsenal"da Mikel Arteta, "Mançester Sitidə Enzo Mareska və "Liverpul"da Andoni İraolanın fəaliyyət göstərdiyini qeyd edib.
"Aston Villa"nın keçmiş hücumçusunun sözlərinə görə, bu vəziyyət İngiltərə futbolunda məşqçi hazırlığı ilə bağlı müəyyən problemlərin olduğunu göstərir.
"Bəlkə də hadisələrə fərqli prizmadan baxmağın vaxtıdır. Reallıq budur ki, məşqçi hazırlığı məsələsində ispanlar dominantdır", - deyə York vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















