Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXX YAZI)
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Elçin Bayramlı
Seriyamızın bundan əvvəlki hissələrindən başlayaraq insan orqanizmində insanın necə yaranması haqda maraqlı faktları təqdim edirik. Ötən hissədə embrionun ana bətnində formalaşması zamanı ən vacib orqanların necə əmələ gəldiyindən danışmışdıq. Bu yazıda isə dünyaya gəlişin son hazırlıqlarından danışacağıq.
əvvəli burada
https://sesqazeti.az/news/mia/1266889.html
İnsan orqanizmindən insan necə yaranır? 5-ci hissə
Döl tədricən xarici dünyaya hazır olduqdan sonra orqanlar arasında qeyri-adi iş bölgüsü aparılır. Görüləcək işlər və inkişaf prosesi dünya şərtlərinə uyğun olaraq müəyyən edilir. Ana bətnində istifadə olunmayan gözlər dünyadakı işıq səviyyəsinə, qulaqlar isə dünyadakı səslərin xüsusiyyətlərinə görə formalaşdırılır.
Eynilə, mədə və digər həzm orqanları dünyadakı qidalarla uyğunlaşa bilən fizioloji sistemlə təchiz edilmişdir. Həzm sistemində işləyən hüceyrələr heç vaxt bilmədikləri qidaları analiz etmək üçün proqramlaşdırılmışdır. Karbohidratları, zülalları və yağları təhlil etmək qabiliyyətinə əlavə olaraq, hansının hansı orqanlar üçün lazım olduğunu bilən və bu qidaların bədənin digər hüceyrələrinə göndərilməsini təmin edən bir proqrama sahibdirlər. Bu baxımdan döl planlı və proqramlı şəkildə xarici dünyaya hazırlanır.
Bir sözlə, yeni bir insanın bədənini təşkil edən bu orqan və hüceyrələr heç vaxt görmədikləri, eşitmədikləri, şahid olmadıqları bir mühitə hazırlaşırlar. Onlar elə inkişaf edirlər ki, ananın bədənindən ayrıldıqdan sonra onları hansı mühitin gözlədiyini bilirlər. Təbii ki, hüceyrələrin öz “uzaqgörənliyi” ilə buna nail olduğunu iddia etmək mümkün deyil. Körpəni meydana gətirən hüceyrələrin bu hazırlıqları Yaradanın proqramı əsasında həyata keçirdiyi aşkardır.
Hamiləliyin son aylarında döl əhəmiyyətli dərəcədə çəkisini artlrmağa başlayır. Bunun səbəbi yağ toxumasının əmələ gəlməsidir. Xüsusi qəhvəyi quruluşa malik olan bu yağ təbəqəsini əmələ gətirən hüceyrələr, bu təbəqənin xüsusilə dölün boyun nahiyəsi, böyrəklər ətrafında və döş qəfəsi arxasında müəyyən nahiyələrində əmələ gəlməsini təmin edir. Bu xüsusi yağ təbəqələrinin funksiyası körpənin doğulduqdan sonra ilk aylarda bədən istiliyini yüksək saxlamaqdır. Bundan əlavə, bu yağlar ehtiyat qida kimi xidmət edir. Bu, bu yağ təbəqələrini əmələ gətirən hüceyrələrin onlara tapşırılan vəzifələri qüsursuz yerinə yetirdiyinin başqa bir sübutudur.
Bu proses zamanı ağ yağlar da nazik təbəqə halında əmələ gəlməyə başlayır. Beləliklə, piy qat olaraq dölün dərisinin alt hissəsini əhatə edir. Dərialtı piy təbəqələri ilə yanaşı dərini içindəki mayedən qoruyan başqa bir piy də dəri hüceyrələri tərəfindən istehsal olunur. Bu yağların əmələ gəlməsi də son dərəcə vacibdir, çünki dəri ilə su arasına bir yağ təbəqəsi daxil olacaq və suyun döl üzərindəki mənfi təsirlərini aradan qaldıracaq.
Əvvəlki bölmələrdə ananın qanında olan immun sistemi elementlərinin körpənin qanına keçməsinə icazə verilmədiyi qeyd olunmuşdu. Çünki bu elementlər körpəni yad toxuma kimi görüb onu məhv edə bilərdi. Ancaq 9-cu aya çatdıqda bu vəziyyət birdən dəyişir və ananın qanındakı müdafiə hüceyrələri olan antikorlar plasenta vasitəsilə dölə keçir. Bunun səbəbi araşdırılanda çox təəccüblü bir faktla rastlaşırıq. Körpənin immun hüceyrələri doğulduqdan sonra ilk 6 ay ərzində formalaşmayacaq. Bununla belə, körpənin özünü dünyada mikroblardan qoruyacaq antikorlara ehtiyacı olacaq. Son 1 ayda ananın dölün qanına keçməsinə icazə verilən anticisimləri körpə dünyaya ilk gələndə onun yoluxucu xəstəliklərə tutulmasının qarşısını almaq üçün hazır olacaq. Sonrakı aylarda körpənin immun sistemi öz antikorlarını formalaşdırmağa başlayanda bu antikorlar öz funksiyalarını dayandıracaq...
Burada qısaca xülasə etdiyimiz bu hadisə, əvvəl danışdığımız çoxsaylı proseslər kimi, insanın yaradılışındakı qüsursuz planlaşdırma nümunələrindən biridir. İnsanın formalaşması üçün hər ay, hər gün, hər dəqiqə baş verməsi lazım olan proseslər və burada roy oynayacaq ən xırda detallar belə çox diqqətlə hesablanıb. Mükəmməl sistemlərlə dölə zərər verəcək maddələrin keçməsi qarşısı alınır, lakin bu maddələrə ehtiyac duyulan zaman gəldiyində köhnə sistem eyni mükəmməlliklə aradan qaldırılır və yerinə tamamilə yeni bir sistem qoyulur. Təbii ki, bu kamilliklər insanı təşkil edən hüceyrələrin iradəsi və qərarları ilə meydana gəlməmişdir. Bu, Yaradan tərəfindən yazılmış mükəmməl və möhtəşəm yaradılış proqramıdır.
Verilən nümunələrdən də göründüyü kimi, dölün inkişafındakı hər mərhələ nəzarət altında və çox mərhələli, qüsursuz bir plana uyğun olaraq baş verir. Üstəlik, hər bir insan hələ döl ikən bu nəzarətdən keçərək inkişaf etmiş və indiki vəziyyətinə gəlmişdir.
Ana bətnindəki böyümə prosesi 9 ay boyunca qüsursuz şəkildə davam edir. Buraya əvvəlcə tək damcı su kimi daxil olan döl getdikcə tam bir insana çevrilir.
Bu transformasiyada ən kiçik bir uyğunsuzluq baş verərsə, dölün ölməsi qaçılmaz olacaq. Məsələn, beyin kəllə sümüklərindən daha sürətli böyüyərsə, dölün beyni sıxılacaq və zədələnəcəkdir. Eyni şey sümük toxuması harmoniyasına, gözlərə, ağciyərlərə, ürəklərə və bir çox digər orqanlara və onları əhatə edən sümüklərə aiddir. Orqanların ahəngdar inkişafı da çox vacibdir.
Böyrəklər qan dövranı sistemini gec formalaşdırsa, qan təmizlənməyəcək və orqanizm zəhərlənəcək.
Ancaq bunların heç biri baş vermir və dünyaya göz açacaq gənc bir mərhələdən digərinə qüsursuz keçərək yaradılır.
Quranda insanın yaradılışı belə təsvir edilir:
“İnsan özbaşına və məsuliyyətsiz buraxılacağınımı düşünür? O, axıdılan spermadan ibarət bir damla su deyildimi? Sonra bir rüşeym oldu, sonra Allah onu mərhələli şəkildə bir nizam-intizamla formalaşdırdı. Beləliklə, ondan kişi və qadın olaraq bir cüt yaratdı. Məgər Allah ölüləri diriltməyə qadir deyilmi?” (Qiyamət surəsi, 36-40)
“Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Siz nə az şükür edirsiniz?” (Mülk surəsi, 23)
Dölün yeni bir dünyaya girməsi üçün bütün hazırlıqlar tamamlandıqda, amniotik maye də doğum üçün hazırlığa başlayır. Uşaqlıq boynunu genişləndirəcək su kisələri əmələ gətirən amniotik maye, beləliklə uşaqlığı körpənin keçəcəyi ölçüyə qədər böyüdür. Bu kisələr həm də doğuş zamanı dölün uşaqlıq yolunda ilişib qalmasının qarşısını alacaq. Bundan əlavə, doğuşun başlanğıcında kisələr yırtıldıqda və içindəki mayelər axdıqda, dölün keçəcəyi yol həm sürüşkən olur, həm də sterilizasiya edilir. Beləliklə, doğum həm daha rahat, həm də təbii olaraq mikroblardan azad olur.
Uşaqlıq yolunda edilən bu hazırlıqlarla yanaşı, körpənin dünyaya təhlükəsiz şəkildə gəlməsi üçün bir çox şərtlərin eyni anda yerinə yetirilməsi lazımdır. Məsələn, körpə çıxış üçün ən uyğun duruş almalıdır. Bunun üçün ayaq hərəkətləri ilə yavaş-yavaş dönməyə başlayır və sonda başı ananın uşaqlıq boynuna daxil olur. Körpənin hərəkəti indi məhdudlaşdırılıb və başını oradan çıxara bilmir. Bəs hələ dünyaya gəlməmiş körpə hansı mövqenin uyğun olduğuna necə qərar verir? Doğuş üçün ən uyğun mövqeni necə bilir? Üstəlik, ana bətnində olan döl doğum vaxtının gəldiyini necə müəyyən edir? Təbii ki, bunlar nəzərə alınmalı olan son dərəcə vacib detallardır. Şüuru hələ tam inkişaf etməmiş bir varlığın bu cür şüurlu davranış nümayiş etdirməsi onun öz iradəsi ilə deyil, Yaradanın proqramı ilə hərəkət etdiyini açıq şəkildə göstərir.
Körpənin doğulması zamanı bir çox başqa möcüzəvi dizayn nümunələri də aşkar olunur. Məsələn, sağlam doğuşun baş verməsi üçün körpənin kəllə sümüyü doğum kanalında zədələnməyəcək bir quruluşa sahib olmalıdır. Körpənin kəllə sümüyünə baxdıqda onun 5 sümük təbəqəsi və onların arasında bu ehtiyacı ödəyəcək "fontanel" adlı yumşaq toxumadan ibarət olduğunu görürük. Bu yumşaq quruluş kəllə sümüyünün elastik olmasına imkan verir və beləliklə, doğuş zamanı meydana gələn təzyiq nəticəsində körpənin beyninə və kəllə sümüyə heç bir zərər verilmir.
Körpənin doğulmasından əvvəl ana orqanizmində çox ciddi nəzarət altında hazırlıqlar aparılır. Standart prosedurun dəqiq planının hazırlanmasından əlavə, mümkün ehtimallar nəzərə alınmaqla ehtiyat tədbirləri də görülür! Məsələn, amniotik maye doğumu asanlaşdırmaq və infeksiyaların qarşısını almaq üçün işə düşür.
Bu vəziyyət ortaya belə bir sualı gətirir: Bütün hazırlıqların tamamlandığını və doğumun dəqiq vaxtının gəlib çatdığını kim yoxlayır? Körpədə gözlərin görməsinə, ağciyərlərin nəfəs almasına, oynaqların və beynin tam formalaşmasına kim nəzarət edir? Və bütün hazırlıqların tamam olmasını kim xəbər verir?

Yeni əmələ gələn dölün bədənində bunları idarə edə biləcək heç bir mexanizm yoxdur. Bədəndəki bütün orqanların mərkəzi idarəetmə sistemi sayılan beyin, döllə birlikdə inkişaf edən bir orqandır. Üstəlik, beyin tamamilə mövcud olsa belə, heç bir məna kəsb etməzdi. Çünki ana bətnində o ana qədər inkişaf edən döl xarici mühitdən tamamilə xəbərsizdir. Heç görmədiyi bir mühitə uyğun olub olmadığını müəyyən etməsi mümkün deyil. Doğuş vaxtının nə vaxt gəldiyini ananın özü də müəyyən etmir. Ananın ilk gündən bədəninin fəaliyyətinin tək bir mərhələsinə belə müdaxilə etmək imkanı yoxdur ki, bu mərhələlərin bitməsi lazım olduğuna da qərar verə bilsin.
Göründüyü kimi, insanın yaranması təbiətin yaradılışının kulminasiyasını təşkil edir.Digər canlılardan fərqli olarq insana təkcə mükəmməl bədən forması deyil, həm də dərrakə, şüur, ağıl verilir ki, dünyadakı missiyasını düzgün yerinə yetirə bilsin. Təəssüf ki, əksər insanlar öz həqiqi mahiyyətlərini dərk edə bilmir.
Dinlərdə izah olunur ki, yaradılışın bir məqsədi var və bu məqsədin həyata keçirilməsi üçün insanlar yaradılır, onlara dünyada həyat verilir. Bu həyat isə zamanın çox qısa bir hissəsində möhtəşəm mükəmməliklə yaradılır və ona ruh verilir. Ruh bədən vasitəsilə dünyada öz fəaliyyətini həyata keçirir. Zamanı gəldikdə isə gəldiyi yerə qayıdır.
“Ey insanlar, əgər dirilməyə şübhə edirsinizsə, odur ki, Biz sizi torpaqdan, sonra bir damla sudan, sonra rüşeymdən, sonra yaradılışı aydın olmayan çeynənmiş ət parçasından yaratdıq. (Qüdrətimizi) sizə açıq-aydın göstərmək üçün. Biz istədiyimizi ana bətnində müəyyən müddətə qədər saxlayırıq. Sonra sizi körpə olaraq çıxardırıq, sonra da həddi-büluğa çatasınız deyə sizi böyüdürük. Bəzilərinizin həyatını son verilir, bəziləriniz isə bildikdən sonra heç nə bilməmək üçün həyatınızın ən aşağı nöqtəsinə qaytarılır”... (Quran, Həcc surəsi, 5).


