Icma.az
close
up
RU
Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki...” Komitə sədri

Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki...” Komitə sədri

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Uğurla keçən 2024-cü iln son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Bəli, Prezident İlham Əliyevin uca göylərdə verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandan davranışı idi, siyasi peşəkarlığı, cəsarəti və iradəsinin nümayişiydi, 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi. Dövlət başçısının böhran idarəçiliyi, hər bir insanı qorumaq üçün hökumət orqanlarını səfərbər etməsi və çevik qərarları  hərbi meydanda ordumuza göstərilən münasibətlə eyni olmaqla İkinci Qarabağ savaşı dövründəki kimi milli birliyi təmin etdi, ictimai şoku azaltdı, dövlətimizlə qlobal həmrəyliyə səbəb oldu".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. O bildirib ki, qəzadan xilas olan sərnişinlərin silahlı yaraları, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu, radioelektron sistemlərin söndürüldüyü və hava gəmisinin ölümə məhkum edildiyi üçün ölkəmiz  günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi:

"Əks halda hər keçən gün müttəfiqliyə zərbə və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı. Sükanı sona qədər canı ilə qoruyan və  67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və  yaxşı olacaq”, çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq. Xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir. Əgər məndən soruşsaydılar, qəzaya ən böyük səbəb nədir - cinayətkarları cəzalandırmaq şərtilə tərəddüdsüz deyərdim- radiusu hər gün genişlənən və gəlib Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsi. Yoxsa,  bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki, hamı müharibəni lənətləyib onu durdurmağa çağırsın".

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri