Yüksaxlama anbarının fəaliyyəti dayandırıldı Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “EFE-2018” MMC-yə məxsus yüksaxlama anbarında plan üzrə yoxlama aparılıb.
“Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, anbarda istismar olunan 1 ədəd körpülü kranın qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı və aləti yoxlamasının (maqnit tozu, ultrasəs və kimyəvi analiz üsulu ilə) aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yüksaxlama anbarının istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Baxış sayı:129
Bu xəbər 19 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















