Icma.az
close
up
RU
Yüksək bal əsla keyfiyyət göstəricisi ola bilməz

Yüksək bal əsla keyfiyyət göstəricisi ola bilməz

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Universitetə qəbulun asan, məzun olmağın isə çətin olması məsələsi təhsil siyasətində tez-tez müzakirə olunur. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, bu model ali təhsildə keyfiyyətə nəzarəti gücləndirə bilər. Çünki qəbul prosesində yüksək baryerlər qoymaqdan daha çox, tələbənin universitetdəki akademik nailiyyətlərinə, davamlı öyrənməsinə və araşdırma bacarıqlarının inkişafına diqqət yetirilir. Yəni, universitetlərin səviyyəsi "daxil olanların çoxluğu" ilə deyil, "məzun olanların keyfiyyəti" ilə ölçülməlidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.
"Müasir universitetlər üçün əsas göstərici tələbənin yüksək balla qəbul olunması deyil, məzun olduqdan sonra əmək bazarında öz ixtisasına uyğun iş tapa bilməsidir.
Deməli, yüksək bal və qəbul olunan tələbə sayı əsla keyfiyyət göstəricisi ola bilməz. Universitetlər normativ təhsil müddətində tələbələrə əmək bazarının tələblərinə uyğun təhsil proqramları təqdim etməli və onları gələcək peşəkar həyata hazırlamalıdır.
 

Bəzi ölkələrin təcrübəsi də bu modeli təsdiqləyir. Məsələn, ABŞ və Avropa universitetlərində qəbul nisbətən əlçatan görünə bilər, lakin tələbələrin akademik göstəricilərinə çox ciddi nəzarət edilir. Hətta təhsilini tamamlamadan universitetdən uzaqlaşdırılan tələbələrin sayı az deyil. Bu, tələbələri daha çox çalışqan olmağa, öyrənməni məsuliyyət kimi qəbul etməyə sövq edir.


Bununla belə, yanaşmanın riskləri də var. Əgər universitetlərdə tədris keyfiyyəti, müəllimlərin pedaqoji bacarıqları, infrastruktur imkanları və idarəetmənin vizyonu zəifdirsə, "məcburi çətinləşdirmə" tələbələri keyfiyyətə deyil, formal maneələrə sürükləyə bilər. Burada məqsəd süni şəkildə məzun sayını azaltmaq deyil, bilik və bacarıqlara əsaslanan obyektiv seçim mexanizmi qurmaq olmalıdır.
Fikrimcə, ali təhsilin keyfiyyətini artırmaq üçün qəbulun asan, məzun olmağın isə çətin olması müəyyən dərəcədə effektiv ola bilər.
Amma bunun üçün paralel şəkildə təhsil proqramlarının məzmunu, qiymətləndirmə sistemləri və universitetlərin daxili keyfiyyət təminatı mexanizmləri gücləndirilməlidir. Əks halda, bu yanaşma sadəcə formal bir baryerə çevrilə bilər".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri