Icma.az
close
up
RU
Yüksək təzyiqə işarə edən 2 SİMPTOM. Baş ağrısı deyil

Yüksək təzyiqə işarə edən 2 SİMPTOM. Baş ağrısı deyil

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislər yüksək təzyiqlə müşayiət olunan hipetoniyanı “lal qatil” adlandırılar. Məsələ burasındadır ki, yüksək təzyiq bir çox halllarda özünü heç bir simptomla büruzə vermir.

İnsan özünü normal hiss edir, onu heç nə narahat etmir, lakin hipertoniya tədricən, gizli inkişaf edir və orqanizmdə çox ağır fəsadlar yaradır. Təəssüf ki, bəzən hipertoniyanın ilk “simptomu” insult və ya infarkt olur.

Saglamolun.az bildirir ki, bir çox insanların fikrinə görə, yüksək təzyiqin əsas simptomu baş ağrısıdır. Lakin bu belə deyil. Əksinə bir çox hallarda baş ağrısının səbəbi yüksək deyil, aşağı təzyiq olur.  

Amerika kardioloji assosiasiyasının (American Heart Association, AHA) ekspertləri bildirirlər ki, gözlərin qızarması və gözlərdə qan ləkələri və həmçinin üzün qızarması yüksək təzyiqə işarə edə bilən simptomlardır.

Təzyiq qalxanda damarlar gərginləşir və nazik göz damarları buna tab gətirməyib partlaya bilər. Nəticədə gözlər qızarır, gözlərdə qan ləkələri əmələ gəlir. Əgər sizdə bu simptom varsa, təzyiqinizə nəzarət edin. Təzyiqin göstəriciləri 130/80 c.st-dan (65 yaşdan sonra 139/80 c.st.-dan) yüksəkdirsə, vaxt itirmədən həkimə müraciət edin.

Digər simptom üzün qızarmasıdır. Təzyiq qalxanda bu simptom tez-tez əmələ gəlir. Həmçinin insan bu zaman boyun nahiyəsində damarların pulsasiyası, qulaqların qızarması, gözlərin qarşısında nöqtələr və ya ləkələr kimi simptomlar hiss edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, hipertoniyanın simptomsuz inkişafını nəzərə alaraq 40 yaşdan sonra insanlar hətta heç bir narahatçılıq hiss etmədikdə vaxtaşırı olaraq təzyiqini ölçməlidir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri