Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Yumurtalığın funksional kistaları

Yumurtalığın funksional kistaları

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Yumurtalığın kistası – yumurtalığın səthində və ya daxilində olan boşluqlu (içərisi maye ilə dolmuş kisəşəkilli şiş) törəmələrdir. Hazırkı dövrdə bu, kifayət qədər yayılmış xəstəlikdir.

Yumurtalıqların fəaliyyəti barədə qısa məlumat verək. Yumurtalıqların işini idarə edən hormonların təsiri altında mayalanma üçün bir və ya bir neçə follikul yetişərək böyüməyə başlayırlar.

Müəyyən bir müddətdən sonra bir və ya bir neçə follikul daxilində yumurta hüceyrəsi daşıyan yetişmiş follikula çevrilir. Hormonların təsiri altında yetişmiş follikul partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Follikul mayesi öz axarı ilə yumurta hüceyrəsini uşaqlıq borusunun qıfşəkilli hissəsinə istiqamətləndirir. Müvafiq şərtlər daxilində məhz uşaqlıq borusunda mayalanma baş verir. Dağılmış follikulun yerində sarı cisim əmələ gəlir ki, o da aktiv şəkildə progesteron hormonu ifraz etməyə başlayır. Mayalanma baş vermədikdə isə sarı cisim yumurtalıqda 10-14 gün yaşadıqdan sonra məhv olur və nəticədə menstruasiya (aybaşı) baş verir.

Bu, normal halda belə olur. Bəzən isə bu və ya başqa səbəblərdən bu prosesdə pozğunluq baş verir. Məsələn, içərisində yumurta hüceyrəsi olan follikul müəyyən bir anda “donur” və özünün sonrakı inkişafını dayandırır. Müəyyən dövrdə inkişafını dayandırmış bu follikul, onun hüceyrələri tərəfindən qadın cinsi hormonlarının artıq dərəcədə hazırlanması nəticəsində, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bəzən 6 sm-dək çata bilir. Bu zaman yumurta hüceyrəsi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometriumun qalınlaşaraq inkişaf etməsi baş vermir ki, bunun da nəticəsində aybaşı 10-15 gün müddətinə ləngimiş olur. Bu, kistanın əmələ gəlməsinin bir variantıdır.

Bundan əlavə, başqa variantlar mövcuddur. Məsələn, sarı cisim sakitcə “solmaq” əvəzinə sürətlə inkişaf etməyə başlayır, aktiv şəkildə progesteron hazırlayır və bunun nəticəsində sarı cismin kistasına (və ya lyüteyin kistasına) çevrilir.

Kistaların əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində olan hormonal pozğunluqlardır. Yumurtalığın fəaliyyəti nəticəsində əmələ gələn kistaların müalicəsinə, adətən, heç bir ehtiyac olmur (həkimlər bu kistaları funksional kistalar adlandırır). Adətən funksional kistalar bir-iki aybaşı tsikli ərzində öz-özünə sorulurlar. Kistalar sorulduqda dəyişilmiş aybaşı baş verir – adi halda olduğundan daha çox və ya az miqdarda qanaxma olur və ya daha uzun müddət ərzində cinsi yollardan cüzi qan ifrazı ilə müşayiət olunur.

Funksional kistalar kiçik ölçülü olduqda, adətən, heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən ultrasəs müayinəsi (USM) zamanı aşkar edilir. İri funksional kistalar isə qarının aşağı hissəsində və cinsi akt zamanı ağrılara səbəb ola bilərlər. Bu halda qadınlar mütləq həkimə müraciət etməlidirlər.

Əgər müayinə zamanı qadında yumurtalığın kistası müəyyən edilərsə, həkim onu bir-iki aybaşı tsikli ərzində nəzarətdə saxlayır. Nəzarət dövründə qadın qarının aşağı hissəsinə isti tətbiq edilməsi ilə olan müalicə üsüllarından (palçıq müalicəsi və digər bu kimi üsullar) istifadə etməməlidir! Çünki bu zaman kiçik çanaq üzvlərinin - həmçinin yumurtalıqların qan dövranı güclənir. Buna isə yol vermək olmaz! Çünki bu zaman kistanın böyüməsi və son nəticədə partlaması baş verə bilər. Belə xəstələrə sauna və isti hamama getmək, isti vanna qəbul etmək olmaz. Onları ilıq duş altında yuyunmaqla əvəz etmək olar. Günəş vannalarını isə səhər saat 11-dək və axşam saat 18-dən sonra qəbul etmək olar.

Növbəti aybaşından sonra qadın yenidən ultrasəs müayinəsindən (USM) keçir. Əksər hallarda növbəti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli dərəcədə kiçilir, daha növbəti aybaşından sonra isə bütünlüklə yox olur. Sorulma baş vermədiyi halda isə qadına hormonal preparatlarla müalicə yazılır. Bu müalicənin nəticəsində yumurtalığın kistası, adətən, sorulur. Əgər yumurtalıq kistanın müalicəsi üç ay ərzində effekt vermirsə, bu halda onu cərrahi yolla xaric edirlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri