Yunanıstan Aİ də ən böyük borcu olan ölkə statusundan çıxa bilər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Afina, 24 aprel, AZƏRTAC
Yunanıstanın Avropa İttifaqında ən yüksək dövlət borcuna malik ölkə statusunu yaxın illərdə itirə biləcəyi bildirilir.
AZƏRTAC xəbər verir ki, ölkədə borcun ümumi daxili məhsula nisbəti son illərdə davamlı şəkildə azalır.
Yunanıstan uzun müddət Aİ-də ən borclu ölkə kimi tanınıb. Lakin son dövrdə həyata keçirilən maliyyə intizamı tədbirləri və iqtisadi sabitləşmə siyasəti nəticəsində borc yükü tədricən aşağı düşür. Eyni zamanda, digər Avropa ölkələrində, xüsusilə İtaliyada dövlət borcunun yüksək səviyyədə qalması bu balansın dəyişməsinə səbəb olur. Bu tendensiya davam edərsə, Yunanıstan artıq ən yüksək borc göstəricisinə malik ölkə olmayacaq və bu statusu İtaliyaya verə bilər.
Qeyd olunur ki, Yunanıstan iqtisadiyyatı böhrandan sonrakı mərhələdə bərpa prosesini davam etdirir və bu da dövlət maliyyəsinin yaxşılaşmasına müsbət təsir göstərir. Borcluluq göstəricilərində müşahidə olunan enmə Avropa İttifaqında fiskal vəziyyətin dəyişdiyini göstərir və yaxın illərdə borc üzrə lider ölkələrin sıralamasında dəyişikliklər gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 24 Aprel 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















