Yunanıstan S300 sistemlərini Ukraynaya yox, Ermənistana verəcək Strateji seçimdir
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Yunanıstan S-300 zenit-raket komplekslərini və Rusiya istehsalı olan digər iki HHM sistemlərini Ermənistana verəcək. Bu barədə enikos.gr portalı məlumat verib. Yunanıstan özü üçün İsrail istehsalı olan yeni sistemlər almağa hazırlaşır.
Xəbərdə deyilir: "Silahlı Qüvvələrin rəhbərliyi Yunanıstan cəbbəxanasının Rusiya silahlarından tam təmizlənməsini və köhnə sistemlərin yeni Qərb texnologiyaları ilə kökündən yenilənməsini davam etdirmək əzmindədir".
Həmçinin qeyd olunur ki, Yunanıstan üçün Ukrayna əvəzinə Ermənistanın gücləndirilməsi “bir çox səbəblərə görə, o cümlədən sıx müttəfiqlik əlaqələri və müasir tarixdəki ümumi tarixi hadisələrə görə strateji seçimdir”.
Xatırladaq ki, hələ 2023-cü ilin fevralında Yunanıstan ABŞ-ın tələblərinə baxmayaraq, S-300 hava hücumundan müdafiə sistemini Kiyevə verməkdən imtina etmişdi.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















