Yunanıstan türkiyə PUAlarına qarşı müdafiə xətti qurur Müdafiə naziri açıqladı
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
"Yunanıstan milli təhlükəsizliyi üçün 2030-cu ilə qədər əhatəli müdafiə islahatıni yekunlaşdırmağı planlayıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias açıqlama verib.
Nazir deyib ki, Türkiyə ilə mübahisəli Ege sularında İHA və PUA-lara qarşı müdafiə divarı da yaradacaqlar: "Artıq müdafiə sənayesinə böyük sərmayələr qoyulub. Bu, bizə müdafiə xətti ilə bağlı xarici asılılığımızı böyük ölçüdə azaltmağa kömək edəcək. Biz artıq “Kentauros” adlı PUA əleyhiə müdafiə sistemimizi uğurla sınaqdan çıxardıq. Üstəlik, dəniz donanmamız yeni yerli silahlarla təchiz edilir. Bundan əlavə, Yunanıstan hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni strategiya hazırlayır. Bununla əlaqədar olaraq, raket əleyhinə müdafiə sistemlərinin modernləşdirilməsi və ölkə səmasının çətirə alınması istiqamətində geniş addımlar atılmaqdadır...".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Yanvar 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















