Yunanıstan XİN Türkiyənin təhdidlərini nəzərə alaraq müdafiə haqqını elan edib
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyədən gələn müharibə təhlükəsinə qarşı ölkənin özünümüdafiə haqqını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Yunanıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu bəyanat Türkiyə rəsmisinin Oniki adaların statusu ilə bağlı açıqlamalarına cavabdır.
Ötən gün Yunanıstanın adaları silahlandırmaq üçün raketlər göndərmişdi. Türkiyə Yunanıstanı Şərqi Egey dənizindəki adaları uzun müddətdir mövcud olan beynəlxalq müqavilələrə zidd olaraq hərbiləşdirməkdə ittiham edərək, adaların suverenliyini şübhə altına alır.
Ərdoğanın müttəfiqi və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyə parlamentindəki çıxışında hazırda Yunanıstanın bir hissəsi olan 12 adanın türklərdən “oğurlandığını” bildirib.
Baxçalının fikrincə, raketlərin Yunanıstan adalarında yerləşdirilməsi ehtimalı mehriban qonşuluğun əsaslarını sarsıdacaq və Ankara üçün problem yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















