Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Yunis Hüseynov: İndiki ağlım olsaydı, bəzi insanlara imkan verməzdim, qarşımı kəssinlər MÜSAHİBƏ

Yunis Hüseynov: İndiki ağlım olsaydı, bəzi insanlara imkan verməzdim, qarşımı kəssinlər MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 1-də 60 yaşı tamam olan veteran futbolçu Yunis Hüseynov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Yunis bəy, sizi ad günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirik. Maraqlıdır, doğum gününüzdə kimlərdən təbrik aldınız?

- Çox sağ olun. Təbrikləri gözlədiyim hamıdan aldım. Məni məyus edən hansısa məqam olmadı. Qohumlar, ailəm, futbol ictimaiyyəti, bir sözlə, bütün tanışlarım məni yad etdi və xoş arzularını çatdırdılar.

- Ad gününüzü necə qeyd etdiniz?

- Ad günü qeyd etməyi heç vaxt xoşlamamışam. Amma bu dəfə ailəmlə birlikdə evdə qeyd etdik. Bacı və qardaşlarımla bir araya toplaşdıq və gözəl gün keçirdik. Həmin gün Tovuzda oyunumuz olduğu üçün ertəsi gün qeyd etməli olduq.

- Kimlərdən hədiyyə aldınız?

- Ailə üzvlərimdən hədiyyə aldım. AFFA rəhbərliyi mənə üzərində ad və soyadım yazılan köynək bağışladı. Açığı, doğum günlərində hədiyyə gözləyən biri deyiləm. Ən önəmlisi, əzizlərimin məni yada salıb təbrik etməsidir. Bunun özü mənim üçün ən böyük hədiyyədir.

- 60 yaş sizin üçün nə ifadə edir?

- Həyatdır, düşünürəm ki, doyunca yaşamaq lazımdır. Təbii ki, bu 60 ildə başıma xoşagəlməz hadisələr də gəlib. Amma yaşımın üzərinə yaş gəldiyi üçün kədərlənmirəm. Çünki özümü ruhən cavan hiss edirəm. Sanki heç 60 yaşım yoxdur. Həyatımı yaşayıram. “Yaşım keçir, qocalıram” kimi fikirlər heç vaxt beynimdən keçməyib. Həmişə ailəmlə birlikdəyəm. Övladlarım var. Buna görə çox xoşbəxtəm. Onlarla keçirdiyim hər bir an mənim üçün unudulmazdır. Peşmanlıqlarım olsa da, hazırkı həyatımda hər şeydən razıyam.

- Peşmanlıqlarınız nələr olub?

- Karyeramda peşman olduğum məqamlar olub. Bu, 1988-ci ildə baş verib. Həmin il Olimpiadada iştirak etmək, çempion olmaq istəyərdim. Əgər keçmişə qayıtmaq şansım olsa idi, bu anı dəyişərdim. O dövrlər cavan idim. Bir çox şeyi dərk etmirdim. Amma həmin vaxt indiki ağlım olsaydi, bəzi insanlara imkan verməzdim ki, qarşımı kəssinlər. Bunu etsəydim, bu gün Olimpiya çempionu idim. Həmin hadisə yaddaşımda silinməz olaraq qalacaq.

- Yolunuzu kəsənlərə nə demək istərdiniz?

- O insanların bəziləri yəqin ki, hazırda həyatda deyil. Digərlərindən isə ümumiyyətlə xəbərim yoxdur. Həmin insanlara heç vaxt haqqımı halal etməmişəm. Yəqin ki, o biri dünyada cavabını verəcəklər. Uğura gedən yolda qarşımı kəsən insanları heç vaxt yaxşı xatırlaya bilmərəm. Düşünürəm ki, belə insanlar pis qəlbə sahibdirlər.

- Özünüzü bu 60 ildə heç başqa sahədə təsəvvür etmisinizmi?

- Heç vaxt təsəvvür etməmişəm, indi də edə bilmirəm. Çünki həddindən artıq futbola bağlı insanam. Futbolu seçdiyim üçün peşman olmamışam. Mənim qardaşlarım da futbolçu olub. Yeganə peşmanlığım xarici ölkələrdən gələn təklifləri rədd etməyimlə bağlıdır. Gənc olduğum üçün səhv qərarlar vermişəm. Gərək başqa ölkələrdə futbol oynayardım. Azərbaycandan gedib, legioner həyatı da yaşaya bilərdim. Bundan başqa, heç bir peşmanlığım olmayıb. Mən həmişə futbolla yaşamışam.

- Öz doğum gününüzdə Azərbaycan futbolu ilə bağlı da arzu tutdunuz?

- Arzu etdim ki, milli komandamız həmişə yaxşı nəticələr əldə etsin, Azərbaycanı beynəlxalq arenada yaxşı futbol ölkəsi kimi tanıtsın. Klublarımız avrokuboklarda uğurlu çıxış etsin, “Qarabağ”dan başqa digər komandalarımız da Avropa və Çempionlar Liqasının qrup mərhələlərində mübarizə aparsınlar. Bir sözlə, futbolumuzun inkişafını arzuladım. Çempionatımızda rəqabət artsın, oyunlar yüksək səviyyədə keçirilsin, çempionluğa oynayan klublarımızın sayı artsın. Ümid edirəm ki, bu arzularım reallaşar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri