Icma.az
close
up
RU
Yuri Matias: Rumıniyada heç bir klub Qarabağ qədər maaş təklif etmir

Yuri Matias: Rumıniyada heç bir klub Qarabağ qədər maaş təklif etmir

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə il Rumıniyada çıxış edən “Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias bu ölkənin mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, “ProSport”a danışan Matias Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda FKSB-nin “Qarabağ”a qarşı keçirəcəyi görüşdəki şanslarını da dəyərləndirib.

- Yuri, "Qarabağ" - FKSB matçında hansı komanda qalib gələcək?

- Düşünürəm ki, bu, FKSB üçün çox çətin matç olacaq. “Qarabağ” öz səviyyəsində oynaya bilsə, FKSB-nin bərabərə qalması da çətin olacaq. Amma Rumıniya klubu avrokuboklarda yaxşı nəticə göstərir. Sürpriz komandadır. Amma onlar üçün burada çox çətin olacaq. 

- Azərbaycanda həyat necədir?

- Burada hər şey xoşuma gəlir. Bakı çox gözəl şəhərdir. Heç nə əskik deyil, insanlar sakitdir, özünüzü təhlükəsiz hiss edirsiniz. Hər şey sadəcə mükəmməldir.

- “Qarabağ” Azərbaycan üçün nə deməkdir?

- Bu, son 10 ildə Avropada yaxşı nəticələr əldə edən və digər komandaların Avropada uğur qazanmasına kömək edən klubdur. Ən tarixi və ən böyük klub “Neftçi”dir. Amma son 10 ildə Qarabağ dominantlıq edir.

- Bu komanda necə oynayır?

- Bu, çox kompakt oynayan komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdə oynayır. Onların 17 ildir eyni məşqçisi var və bütün oyunçular meydanda kimin olmasından asılı olmayaraq nə edəcəyini bilir. Bu, topa sahib olan və çoxlu şanslar yaradan komandadır. Onların yoxdan qol vəziyyətləri yaratmaq bacarığı var.

- Ən təhlükəli oyunçu kimdir?

- Ən təhlükəli oyunçuları getdi, amma komandada yaxşı oyunçular çoxdur. Abdullah Zubir çox yaxşıdır, Julio Romao və Marko Yankoviç də komandada mühüm rol oynayır.

- Ən yaxşı futbolçuları “Flamenqo”ya gedən braziliyalı idi?

- Bəli, Juninyo. O, şübhəsiz ki, çempionatın ən yaxşı futbolçusu idi. Onu saxlamaq mümkün deyildi. Juninyonu “Flamenqo” aldı və klub onun üçün 5 milyon avro əldə etdi. Amma “Qarabağ”ın daim oyunçularla bağlı təklifləri olur. Hətta bəzilərinə 2-3 milyon avroluq təklifləri də geri çevirirlər. Klubun pulu və çox yaxşı strategiyası var.

- “Qarabağ” hansı maaşları təklif edir?

- Rumıniyada heç bir klub belə, “Qarabağ” kimi maaş təklif etmir. Onlar Rumıniyada təklif olunanlardan daha yüksəkdir.

- “Qarabağ” Rumıniyada titul qazana bilərdi?

- Titul ala bilərdi, yay ox bilmirəm. Amma mütləq bunun üçün sona qədər, 200% mübarizə aparacaqdı. Ötən mövsüm “Qarabağ” 2-ci yerdən 25 xal fərqlə çempionluq qazandı. Bu il onsuz da 11 xallıq üstünlüyü var. Komandanın çox balanslı heyəti var və məşqçi tez-tez rotasiyalar edir.

- “Neftçi”də işlər necə gedir?

- Təəssüf ki, komanda görmək istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən sevimli klubudur və nəticə yoxdursa, insanların narazı olmasını başa düşmək olar. Biz vəziyyəti düzəltməyə çalışırıq. İndi “Neftçi” ilə son titulunu qazanan məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqrodan və Ukraynadan bir məşqçimiz var idi.

- Şəxsən sənin işin necədir?

- Şəxsən mən xoşbəxtəm ki, bütün matçlarda start heyətdə yer almışam. Mən yalnız zədə səbəbindən oyunları buraxdım, amma heç vaxt ehtiyat oyunçular skamyasında olmamışam. Hazırda iyun ayına qədər müqaviləm var və artırılması üçün təklif gözləyirəm.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri