Yuri Semin: “Qurban Qurbanov “Qarabağ”da sadəcə uğur qazanmır, superuğurlu işləyir”
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın tanınmış məşqçisi, Moskva “Lokomotiv”inin və Rusiya millisinin keçmiş baş məşqçisi, həmçinin Azərbaycan “Qəbələ”sində bir mövsüm çalışmış Yuri Semin “Qarabağ”ın “Ayntraxt” üzərindəki 3:2 hesablı qələbəsini şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Qarabağ”ın “Ayntraxt” üzərində qələbəsi məni təəccübləndirmədi – deyə Semin bildirib. – Klubda uzun müddətdir çalışan məşqçi var. O, sadəcə uğur qazanmır, superuğurlu işləyir! Bu yol kiçik qələbələrlə başlayıb və böyük uğurlara çatıb. Onun işi insanlara bayram sevinci gətirir.
Bakıdakı Tofiq Bəhramov adına stadion dolu idi. Məşqçi “Qarabağ”a və azarkeşlərinə sevinc bəxş etdi. Buna görə “Ayntraxt” üzərində qələbə və 10 xal toplamaq tamamilə təbii idi.
“Qarabağ” Çempionlar Liqasının play-off mərhələsinə çıxa bilər. Bu, klubun düzgün yol izlədiyini və böyük uğur qazandığını göstərir. Onları təbrik etmək lazımdır.”
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















