Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Beyləqanda tanınmış şair Yusif Nəğməkarın yubiley tədbiri keçirilib

Beyləqanda tanınmış şair Yusif Nəğməkarın yubiley tədbiri keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Beyləqan Mədəniyyət Mərkəzində yaddaqalan bir ədəbi axşam – Yusif Nəğməkarın 70 illik yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbiri tanınmış ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir aparıb.

O, Yusif Nəğməkarın poetik dünyasından, insan mənəviyyatına işıq salan sətirlərindən danışaraq vurğulayıb ki, şairin yaradıcılığı Azərbaycan ədəbiyyatının ruh xəritəsində öz cığırını açıb. Onun misralarında Vətən sevgisi, mənəvi saflıq və xalq ruhunun təntənəsi bədii səmimiyyətlə ifadə olunur.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Yusif Nəğməkarın Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndirib. O bildirib ki, Yusif Nəğməkar təkcə bir şair deyil, milli-mənəvi dəyərlərin daşıyıcısı, ədəbi düşüncənin qoruyucusudur. “Onun yaradıcılığı gənc nəsil üçün mənəvi örnəkdir,” - deyə icra hakimiyyətinin başçısı vurğulayıb.

Əziz Əzizov, həmçinin şairin Çanaqqalada Azərbaycan ədəbiyyatını təmsil etməsini böyük qürur hadisəsi kimi dəyərləndirib: “Bu, təkcə Yusif müəllimin uğuru deyil, xalqımızın söz mədəniyyətinin beynəlxalq səviyyədə parlamasıdır”.

Daha sonra Yusif Nəğməkarın ədəbiyyata verdiyi töhfələr və yubileyi münasibətilə ona Beyləqan Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbirdə Yusif Nəğməkarın həyat və yaradıcılıq yoluna həsr olunan videoçarx nümayiş etdirilib. Ardınca ədəbi və elmi ictimaiyyətin tanınmış simaları çıxış ediblər.

Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, Milli Məclisin deputatı Səyyad Aran, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya elmləri doktoru Mərziyyə Məcəfova, tibb üzrə fəlsəfə doktoru, Ələsgərşünas Hacı Abbas Bağırov, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma, şairlər Ağacəfər Həsənli, İmran Güllübulaqlı, Fazil Əsəd, Rövşən Qarabudaq, Rəşidə Allahverdiyeva, Aybəniz İsmayılova, müəllim-tədqiqatçı Etibar Cabbarlı, filoloq Xeyrül Mədətsoylu, tarixçi-alim Atamoğlan Məmmədli, İcra Hakimiyyətinin nümayəndəsi Yeganə Məmmədova və Etibar İmanov çıxışlarında şairin poetik irsinin bədii özəlliklərindən danışıblar.

Vurğulanıb ki, Yusif Nəğməkar poeziyası xalq ruhunun, milli yaddaşın və müasir düşüncənin vəhdətidir. Onun misralarında sazın ahəngi, Qarabağ torpağının nəfəsi, Beyləqan düzlərinin işığı var.

Görüş zamanı Yusif Nəğməkarın sözlərinə bəstələnmiş mahnılar Beyləqan Rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri tərəfindən canlı ifa olunub. Bu musiqilər sanki şairin misralarını səsə, duyğularını notlara çevirərək zalda həm bədii, həm mənəvi bir harmoniya yaranıb.

Sonra Yusif Nəğməkar çıxış edərək Beyləqan Rayon İcra Hakimiyyətinə, təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, doğma torpağının diqqət və sevgisini həyatının ən önəmli mükafatı kimi dəyərləndirib.

Şairin öz ifasında səsləndirdiyi saz havası tədbirə xüsusi bir doğmalıq və səmimiyyət qatıb, sanki poeziya sazla qoşalaşıb, söz musiqiyə çevrilib.

Tədbirin sonunda iştirakçılar müəlliflə xatirə şəkli çəkdirib, ədəbi görüşün səmimiyyətini bir daha yaddaşa köçürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri