Icma.az
close
up
RU
Yusif Nəğməkarla İncəyurd dastanının boyları

Yusif Nəğməkarla İncəyurd dastanının boyları

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birinci boy

Yusif Nəğməkar...

Çox şairlərin şəninə yaraşan, yaradıcılığına yanaşan “nəğməkar” epiteti Yusifin    mübarək adına vəsiqələndi.

Səslənən, enerjili, uğurlu, cazibədar ad, ədəbi təxəllüs... Bu, Allahın bir lütfü!

İkinci boy

Hər ikimiz İTV-nin “Ozan məclisi”nə dəvətliydik. İlk dəfə bir araya gəlirdik. Ona qədər mətbuatda, mediyada, virtual aləmdə tanışidik, yaradıcılığına bələdiydim aralıdan aralıya. “Ozan”da el şairi Qurban Musayev haqqında danışmalıydıq. Studiyada yanaşı oturanda əyani tanışlıq məqamına elə başladı ki, görən deyərdi ki, min ilin dostlarıdı bunlar. Onda Qurban müəllimin ədəbi müstəvisinin və şəxsiyyətinin portretini mühitin, məkanın fonunda elə fərqli bir dəst-xəttlə cızdı ki, gördüm standartlardan deyil, maraqlı adamdı,mətləbə öz yanaşmaları var. Şairin adına bağladığı kitabın qurluşu da maraqlıydı. Səhifələr boyu yan haşiyələrdə ömürlükdən fraqmentləri səpələmişdi ustalıqla. Bu, Yusifin barəsində üzbəüz, yanbayan ilk, müfəssəl təəssüratım oldu.

Üçüncü boy

Sumqayıta gedirdikYusifin arabasında. İbrahim İlyaslının 60 illik yubiley törəninə yönlənib yol almışdıq. Yol bu nəğməkar şairin mənəvi dünyasının hər kəsə bəlli(açıq) olmayan 40-cı otağının qapısı qismən üzümə açıldı. Ədəbi cameyə gəlişində və sonrakı dostluq əlaqələri zamanı Bəxtiyar Vahabzadənin haqqında təsnifatının incə məqanlarını agah elədi. Ustada deyəndə ki:

Qızılgülün budağında tikan bitib,

Qaratikan kolunda yaşıl sığallı yarpaq.

Gözəlliyi qoruyan sərtliyə,

Sərtliyi gizlədən zərifliyə bax!..

Bəxtiyar müəllim əllərini göyə açıb: “Allah, sənə şükür, Allah! Ədəbiyyatımızın sabahı var”. Bax, bu bir kəlmə bütün xeyir dualardan, uzun-uzadı ön sözlərdən ötə deyilmi?!

Yolboyu ən önəmli yenilik Yusifin səsində, zümzüməsində muğam parçalarını eşitməyim, eşidib heyrətlənməyim oldu.  Süleyman Abdullayevin nəfəsini, ləmsini xatırladan unikal oxusu hələ də huşumda səslənir. Görünür, Allah istedad verdiyi adamlara istedadını nümayiş etdirmək üçün fərqli qabiliyyətlər də verir.

Dördüncü boy

Ötən yay sevgimizin ortaq ünvanı olan Şuşaya rəsmi səfər-ziyarət zamanı yenə qoşalaşdıq. Seçkin qələm dostlarımızın yerləşdiyi avtobusda yan-yana oturduq. Orda da həmişə olduğu kimi yenə hamıdan fərqləndi, mikrafon götürüb aparıcılıq elədi. Öz-özünə, təbii şəkildə koordinatorumuz oldu. Şeir şeir söylətdi,şeir söylədi:

Arxa-arxayadı silsilə dağlar,

Üstünə gürşadlar tökülsün, nə qəm!

Zirvələr buludu başına bağlar,

Bir daşı tərpənməz titrəsə aləm.

Sellərin ağzında yallar yalansa,

Təmkinli gədiklər baxar, sarsılmaz.

Şimşəyin qılıncı qızıl ilansa,

Qayalar kirpiyə dönər, basılmaz.

Ağaclar hörülər biri-birinə,

Helləşən kəllərin buynuzu kimi.

Mat qalıb dağların bu hünərinə,

Mələr təbiət də bir quzu kimi.

Dağları əbədi yaşadan belə

O dağın bu dağa kömək əlidi.

Əl-ələ verməyi, birliyi hələ

İnsanlar dağlardan öyrənməlidir!

Yusif Nəğməkarın onda səsləndirdiyi yerinə, məqamına düşən bu şerini dinləyib əl çalanlara mən də böyük məmuniyyətlə qoşulmuşdum.

Sinəsi dolu şairin aram və səlist nitqinə, möhkəm hafizəsinə, etibarlı yaddaşına, səsindəki xüsusi məlahətə, dinamik,çevik aparıcılığına və nəhayət, nümunəvi yol yoldaşlığına heyran qalmışdıq...

Yolboyu yenə yaxşı bir coğrafiya dərsi keçdi yolçulara. Yusif Aran Qarabağdan(Beyləqan) olduğu və oraları ağac-ağac, daş-daş tanıdığı üçün Arandan Aran Qarabağa, Aran Qarabağdan Dağlıq Qarabağa keçid yerlərini və keçid yerlərində təbiət dəyişkənliklərini əyani şəkildə göstərir və yenə hər kəsin bilgisinə, marağına vəsilə olurdu. Şuşada qaldığımız üç gün müddətində davranışı ilə xarakterini də hir daha sərgilədi. Deyirlər ki, yol, səyahət adamı göstərib tanıtmağın ən yaxşı güzgüsüdü. Düz deyirlər.Yusifimizin timsalında, bir daha bu həqiqətin şahidi olduq.

Beşinci boy

Sonralar bizim Qazax Xeyriyyə İctimai Birliyinin bir sıra tədbirlərinə dəvət aldı, elə qaynadı-qarışdı ki, sədrimiz prof. İlham Pirməmmədov Birliyimizin fəxri üzvlüyünə qəbul etmək üçün ona zəmanət verdi. Görüşlərimiz intensivləşdi. Mənim 70 yaşımın tamamında digər yaxın dostlarin, həmkarların sırasında həm Atatürk mərkəzində rəsmi törəndə, həm də “XarıBülbül”də süfrəli, sazlı-sözlü ikinci hissədə də biryedəydik. İncəli ola, İncəli məclisi ola, aşıx tünlüyü olmaya. Heç ağıl kəsən şey deyil. Aşıq Şaiq, aşıq Avdı meydan sulayırdılar. Onları əvəzləyənlər də olurdu. Sifarişlər davanbasaraq gəlirdi. Söz şair Yusif Nəğməkara veriləndə, dübarə aşiq Yusif Nəğməkar da peyda oldu. “Yanıq Kərəmi”si ustad aşıqların havacatları yanında heç sıxılıb-zad eləmədi. Şeirinə tuş gələn alqışlar, sazına da tuş gəldi.

Yusifin solo-saz ifaçılığı yarışmasının qalibi olmasını, çalğısında improirvizəli gedişlərini, özünün təbirincə desək sinə kamanının  da (sikripka) mahir ifaçısı olmasını hamı bilir. Bir daha xridarların meydanına sazla girməsi (girib yarıtması) bu qeyri-adi istedadı ilə hər kəsi heyrətləndirməsi isə ayrı mətləbin nişanıydı...

Altıncı boy

Günəşli, ilıq nəfəsli bir yaz günündə "Fəxri Xiyaban"a unudulmaz Xalq şairi Səməd Vurğunun doğum günündə şairin məzarını ziyarətə getmişdik.

Hər kəsin qəlbində bir S. Vurğun sevgisi vardı.

Şairin məzarını ədəbi ictimaiyyətin nümayəndələri-şairlər, yazıçılar, tənqidçilər və digər Vurğunsevərlər dövrələmişdi. İki-üç adamdan sonra söz Yusif Nəğməkara verildi.O, coşqunluq və Vurğuna vurğunluqla danışırdı.

On altı yaşında ikən rayondan Bakıya ilk gəlişində S. Vurğunun ev muzeyinə getdiyini , orda keçirdiyi hissləri elə o andaca orada yazdığı şeirlə ifadə edirdi.

Hamımız Yusifin bulaq suyu kimi saf səsinə diqqət kəsilmişdik

O, gözlərini yumub sanki şairin ruhuyla danışırdı:

Həsrətdən saralmış pillələr ilə

Evinə qalxıram, düzü, lal kimi.

Sanıram divarlar gələcək dilə,

Gözlərim qaralır bir xəyal kimi...

Qapının zəngini basıram, bu an

Şair, ürəyimdən gəlir min səda...

Qorxuram qarşıma özün çıxasan,

Heyrətdən heykələ dönəm qapıda...

Yan otaqda susan bir saz telidir,

Onun öz nəğməsi, sözü var min-min...

Sükut atılmamış güllələridir

Vitrində saxlanan qoşalülənin...

Şeri bütünlükdə sükutla, son bəndini isə xüsusi heyranlıqla dinlədik...

Şairin ev-muzeyində hökm sürən sükutun vitrində saxlanan qoşalülənin atılmamış güllələrinə bənzədilməsi Yusifin qeyri-adi poetik tspıntısı idi.

Yusif Nəğməkar çıxışını bitirən kimi "Fəxri Xiyaban" alqış sədalarımıza bülənd oldu...

Yeddinci boy

AMEA-bağında Beynəlxal Kitab sərgisi düzənlənmmişdi. Möhtəşəm panellər həm paralel səsləşir, həm də bir-birini əvəz edirdi.Əraziyə girəndə kitablarını stollara düzənlər yalan oldu, Yusif gerçək. Tanyanların əhatəsində yenə də haylı-haraylı, eşqli-enerjili dialoqlar, söz-söhbətlər... Mənə də söz verdilər və mən təbrikimi və şair dostumun gözüm alan bu şeirini dedim:

ÖMÜR YOLU KİMİ...

Gör dünyanın harasında

Yar-yarğanlar arasında

Gözlərimin qarasında

Axan bulud xəyalımdır.

Heyrətim-ahım, amanım,

Fikrim-çəhlimli dumanım,

Qıjov çay-sazım, kamanım,

Sel-çağlayan royalımdır.

Yermi, göymü, heç bilmirəm,

Barı sən bax, seç, bilmirəm,

Yal aş, keçid keç, bilmirəm,

Yamac yaşıl boyalımdır.

Əlvan, sərgin tüllərə bax,

Kövrək, zərif tellərə bax,

Döşdə gəlin güllərə bax,

Qız qönçələr həyalımdır.

Bulaq təbim süvarlanan --

Dərya dərə avarlanan...

Axşamüstü yuvarlanan;

O gündöyən Ay alımdır.

Sərt kahalar daş küməli;

Yaradanın rahim əli...

Dağ sükutu vahiməli --

Nağılım, röya halımdır...

Yolu sağa, sola əyin,

O sıldırım sınmaz deyin.

Güzarımın bəxti yeyin,

Qədəmlərim sayalımdır.

Dağlar ucadır, uludur,

Ərzin bükülməz qoludur...

Keçdiyim ömür yoludur --

O da daşlım, qayalımdır...

Səkkizinci boy

Yusif  Nəğməkar istedadından, onun fərqli, özünəməxsus üslubundan innən belə səksən boy da yazmaq olar.

Sözünün boyuna çatan boyları tapıb nişan vermək isə xeyli müşkül məsələdir...

Bu arada bir zəfər şerinə üz tutmaqla hələlik bir nəfəs dərimi sərgiləməyə ehtiyac duyuram:

Tarix saatını durdurdu birdən,

Ümid baharımız qandan qışladı...

Zaman buzlaq kimi donduğu yerdən

sındığı andan başladı.

Üşüyən torpağa isti qan töküb,

Çoxdan ər səsləyən meydana girdik.

Ürəyi qeyrətə, hünərə büküb,

Qarabağ səbrinin üstünə sərdik.

Qırx dörd gün içində hesab qanunu

Pozuldu hesabsız illərə rəğmən;

Otuzun cəmindən kəm gördük onu -

Məğzi kəmiyyətin dəyişdi həmən...

Atəşlər önündə leş qalaq-qalaq...

Bəlkə od yağdıran Tanrı əliydi.

Vətən sevgisinin yağmuruna bax -

Axışan əsgərmi, ya ruh seliydi?!

Məkrin qərinəcə çatılan qaşı

Ya şər, xəyanətin qəfil qəsdi ya...

Otuz il - torpağın əsarət yaşı,

Qırx dörd gün -

"məhbus"a şok "amnistiya"...

Sinə sipərimiz - çətən arzular...

Səda Rəbbimizdən, can özümüzdən.

Doğdu günəşimiz - Vətən arzular

Şəhidlik, qazilik danüzümüzdən.

...Otuz il sıxıldıq yaytək, sonunda

Dəli nərə kimi açıldı ünüm;

Haqqa süvar oldu heyrət donunda

Dünyanı mat qoyan o qırx dörd günüm!..

Boylarımız boy verə-verə irəliləməkdə… Yusif Nəğməkar  ömrünün müdrik çağının müdrik şeirlərini yazmaqda…  Hər yerdə, hər zaman görümlü və sevilən bir ömür hekayəsi yazmaqda… Gələcəyə, görəcəyə Salam olsun!

Rəfail  İncəyurd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see109

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri