Yuventus bu gün Poqba ilə müqaviləyə xitam verəcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İtaliyanın "Yuventus" klubu qarşılıqlı razılıq əsasında yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verdiyini elan edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Kave Solhekol məlumat verib.
Əvvəllər Poqbanın daha "Qoca Sinyora"da oynamayacağı barədə məlumatlar var idi.
Həmçinin qeyd olunub ki, İngiltərə, Avropa və Səudiyyə Ərəbistanı komandaları futbolçu ilə maraqlanır, lakin Turin komandası ilə müqavilənin ləğvindən sonra futbolçunun işə götürülməsi ilə bağlı danışıqlara başlanılacaq.
Xatırladaq ki, Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, 31 yaşlı fransalı 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir və mart ayından oynaya bilər. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















