Icma.az
close
up
RU
Yuxuda gümüş görmək nə deməkdir?

Yuxuda gümüş görmək nə deməkdir?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yuxuda gümüş görmək ümumilikdə xeyirli və müsbət yozulan yuxular sırasına daxildir. Bu cür yuxular yuxu sahibinin həm zahiri, həm də daxili gözəlliyə malik olduğuna işarə edir. Gümüş yalnız maddi dəyər deyil, eyni zamanda paklıq, saflıq, dürüstlük və təmiz niyyət rəmzi kimi qəbul olunur. Yuxuda gümüş görən insanın qəlbinin təmiz, niyyətinin halallığa yönəldiyi bildirilir.

Lent.az yuxuda gümüş görməyin mənalarını təqdim edir:

Bu yuxu eyni zamanda bolluq, bərəkət, ruzi və sərvət mənaları daşıyır. Yuxu sahibinin həyatında maddi imkanların artacağı, lakin bu imkanlara asanlıqla deyil, zəhmət və səbir yolu ilə çatacağı qeyd olunur. Yəni insan rahatlığa qovuşsa da, bu yol müəyyən çətinliklərdən keçməklə mümkün olacaq.

Yuxuda gümüş görmək nədir?

Yuxuda gümüş görmək həm də insanın dərd və sıxıntılardan tədricən xilas olacağına, sağlamlığının yaxşılaşacağına və həyatında yeni bir mərhələnin başlayacağına işarə edir. Bəzi yozumlara görə, bu yuxu insanın daxili gücünü kəşf etməsi və öz dəyərini anlaması ilə də əlaqələndirilir.

Yuxuda gümüş taxmaq nədir?

Yuxuda gümüş taxmaq bəzən xəbərdaredici məna daşıyır. Bu yuxu yuxu sahibinin ətrafında ona paxıllıq edən, işlərinə mane olmağa çalışan insanların olduğuna işarə edə bilər. Xüsusilə də yaxın çevrədəki bəzi şəxslərlə münasibətlərdə məsafə saxlamağın vacibliyini bildirir. Bəzi yozumlarda qeyd olunur ki, bu yuxu insanın ruhi yorğunluq, təzyiq və ya mənəvi narahatlıq yaşaya biləcəyinə işarədir. Ona görə də yuxu sahibi diqqətli olmalı, özünü qorumağı və sərhədlərini müəyyən etməyi bacarmalıdır.

Yuxuda gümüş almaq nədir?

Yuxuda gümüş üzük, boyunbağı və ya hər hansı bir gümüş əşya almaq halal qazanc və ruzi artımı ilə yozulur. Bu yuxu insanın işlərinin açılacağına, maddi baxımdan rahatlığa çıxacağına və borc, sıxıntı kimi problemlərdən xilas olacağına işarədir. Eyni zamanda bu yuxu ailə həyatında sakitlik və harmoniya, qarşılıqlı anlayış və sevginin artması kimi də şərh olunur. Yuxu sahibinin həm iş, həm də şəxsi həyatında üzünün güləcəyi bildirilir.

Yuxuda gümüş satmaq nədir?

Yuxuda gümüş satmaq zəhmətlə qazanılan halal ruziyə işarə edir. Bu yuxu insanın öz əməyi, biliyi və səyi sayəsində yüksələcəyini göstərir. Xüsusilə iş həyatında uğur, mövqe və nüfuz artımı kimi yozulur. Bəzi təfsirlərə görə, bu yuxu insanın elm və bilik əldə edəcəyinə, həyatına daha şüurlu və məqsədli şəkildə davam edəcəyinə də işarədir. Maddi gəlirin artması ilə yanaşı, mənəvi rahatlıq da əldə ediləcək.

Yuxuda gümüş boyunbağı görmək nədir?

Yuxuda gümüş boyunbağı görmək hər zaman müsbət sayılmır. Rəvayətlərə görə, bu yuxu dünya malına həddindən artıq bağlı olan bir qadını simvolizə edə bilər. Yuxu sahibinə belə insanlardan uzaq durmağın, maddiyyatı həyatın mərkəzinə qoymamağın vacibliyi xatırladılır. Bu yuxu eyni zamanda aldadıcı cazibə və yanlış seçimlərə qarşı xəbərdarlıq kimi də yozulur.

Yuxuda gümüş boyunbağı taxmaq nədir?

Yuxuda gümüş boyunbağı taxmaq insanın israfçılıq səbəbilə maddi çətinliklər yaşaya biləcəyinə işarə edir. Pulun dəyərini bilməmək, lazımsız xərclər etmək nəticəsində sıxıntı yarana bilər. Bu yuxu bəzən də daxili narahatlıq, sıxıntı və kədər hissləri ilə əlaqələndirilir. Yuxu sahibinin həyatında onu düşündürən və narahat edən məsələlər ola bilər.

Yuxuda gümüş kulon görmək nədir?

Yuxuda gümüş kulon görmək iş həyatında çətinliklər, səhv qərarlar və riskli addımlar deməkdir. Bu yuxu insanın diqqətsizliyi səbəbilə problemlərlə üzləşə biləcəyini xəbərdar edir. Yuxu sahibinə tövsiyə olunur ki, işlərində daha ehtiyatlı olsun, tələsik qərarlardan çəkinərək hər addımı ölçüb-biçsin.

Yuxuda gümüş üzük görmək nədir?

Yuxuda gümüş üzük görmək müjdəli xəbər, böyük imkanlar və gələcəkdə əldə ediləcək mülkə işarədir. Bu yuxu insanın ətrafında hörmət və təqdir qazandığını, gördüyü işlərlə nümunə olduğunu göstərir. Eyni zamanda bu yuxu uğur, nüfuz və cəmiyyət içində söz sahibi olmaq mənaları da daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri