Icma.az
close
up
RU
Yuxuda hər 90 dəqiqədən bir baş verən gizli proses

Yuxuda hər 90 dəqiqədən bir baş verən gizli proses

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Gecə tez-tez oyanırsınız? Bu halın səbəbi düşündüyünüz kimi olmaya bilər.
Demokrat.az-ın məlumatına görə Böyük Britaniyada fəaliyyət göstərən terapevt David Gurley “Daily Mail”ə açıqlamasında bildirib ki, gecə qısa oyanmalar hər zaman yuxusuzluq demək deyil. Onun sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir və bu sistem yuxu ilə ayıqlıq arasında tarazlığı qoruyur.
Həkim izah edib ki, bu ritm melatonin və kortizol hormonlarının ifrazını tənzimləyir. Günlük həyat 24 saatlıq rejim üzərində qurulsa da, orqanizmin daxili sistemi fərqli işləyə bilər və bu da gecə oyanmaları ilə nəticələnir.
David Gurley qeyd edib ki, yuxu fasiləsiz proses deyil. O, təxminən 90 dəqiqəlik dövrlərlə davam edir və hər dövrün sonunda qısa oyanmalar baş verir. Bu mərhələlərin son hissəsi REM yuxusu adlanır. Məhz bu zaman beyin aktiv olur, yuxular görülür və insan daha tez oyanır.
Həkimin sözlərinə görə, belə oyanmalar sağlam insanlar üçün normal sayılır və təhlükəli deyil. Lakin bu hal tez-tez təkrarlanır, narahatlıq yaradırsa və yuxunun keyfiyyətini aşağı salırsa, səbəb emosional gərginlik ola bilər.
Ekspert əlavə edib ki, gecə oyanmalarının ən yayılmış səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu vəziyyət xüsusilə yaş artdıqca daha çox müşahidə olunur. Belə hallarda sağlamlıqla bağlı riskləri istisna etmək üçün həkimlə məsləhətləşmək tövsiyə edilir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri