Icma.az
close
up
RU
Yuxuda pişik görmək, pişik öpmək, qucağında pişik tutmaq, pişik qidalandırmaq... Yuxuyozma

Yuxuda pişik görmək, pişik öpmək, qucağında pişik tutmaq, pişik qidalandırmaq... Yuxuyozma

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yuxular bizim şüuraltının məhsulu olsa da, yuxularımızın bizə hər zaman xüsusi bir mesajı olur. Şüuraltında görməzlikdən gəldiyiniz bir çox mövzu yuxular sayəsində gündəmə gəlir və aktual mövzuya çevrilir. Yuxuda pişik görmək müxtəlif şəkildə şərh edilə bilər. Çünki yuxular şəxsi təcrübələrdən, mədəni təsirlərdən, inanclardan və ətraf mühit faktorlarından asılı olaraq dəyişə bilər. Yuxu şərhlərini qiymətləndirməzdən əvvəl, mövcud psixoloji vəziyyətinizi nəzərdən qaçırmamalı və yuxunuzda gördüyünüz formaları bütövlükdə qiymətləndirməlisiniz.

Pişiklərin təbiətcə azad və müstəqil olmağı sevən canlılar olduğu bilinir. Buna görə yuxuda pişik görmək şəxsin müstəqillik və ya azad olmaq arzusunu əks etdirə bilər.

Pişiklər intuitiv və sirli varlıqlar hesab olunur. Yuxuda pişik görmək yuxu görənin öz intuisiyası ilə hərəkət etdiyini və daxili əlaqə yaratmaq üçün səy göstərdiyini göstərə bilər.

Bəzi yuxu şərhçilərinə görə, yuxuda pişik görmək övlad sahibi olacağınıza işarədir. Yuxu görən qadındırsa, bu yuxu ərinə görə bəlalara düçar olacağına və ya ətrafında iki üzlü kişi fərdlərin olduğuna işarə edir.

"Yuxuda pişik görmək nəyə işarədir?"

Yuxuda pişik görməyin başqa bir mənası yuxu görən şəxsin axtarışda olması ola bilər.

Bəzi mədəniyyətlərdə pişiklər nankor və zərərli hesab olunurlar. Bu səbəbdən yuxuda pişik görmək yuxu görənin ətrafındakı insanlara qarşı diqqətli olması lazım olduğuna işarə edə bilər.

Pişiklər emosional, təəccüblü və sakit davranışları ilə tanınırlar. Yuxuda pişik görmək yuxu görənin hadisələrə daha sakit münasibət bəsləməsi lazım olduğunu ifadə edə bilər.

Yeni doğulmuş pişiklər tez-tez bolluq və məhsuldarlıqla əlaqələndirilir. Yuxuda gördüyünüz pişik balası xoşbəxt və şirindirsə, bu yuxu xoş xəbər alacağınıza işarə edə bilər. Yuxuda gördüyünüz pişik balası narahat və aqressivdirsə, neqativ hallarla qarşılaşacağınıza, pis günlər yaşaya biləcəyinizi göstərə bilər.

Bəzi təfsirçilərə görə yuxuda hamilə pişik görməyin mənası, həyatınızda yeni qərarlar və yeni başlanğıclar verəcəyiniz bir dövrə qədəm qoymağınızdır. Əgər pişiyiniz hamilədirsə, bu yuxu prosesin böyüməyə davam edəcəyini və məsuliyyətlərinizin artacağını göstərə bilər.

Başqa bir şərhə görə, yuxuda hamilə pişik görmək çətin bir dövr keçirəcəyinizə işarə ola bilər.

Yuxuda bir pişiyin doğulduğunu görmək, adətən, yeni bir başlanğıc və davam edən işin yetişməsi və yekunlaşması deməkdir. Yuxuda pişik görmək və ya pişiyin doğuşuna şahid olmaq yaradılışa və varlığa işarədir.

Yuxuda pişik görmək, uzun müddət görmədiyiniz adamdan xəbər alacağınıza və bir araya gələcəyinizə işarə edə bilər.

Yuxuda pişiyi qidalandırmaq, qayğı və məsuliyyətə işarədir.

Pişiklər çox vaxt sülh və əmin-amanlığın simvolu kimi qəbul olunur. Yuxuda pişik görmək və ya pişik bəsləmək yuxu görənin daxili dinclik və sakitlik axtardığını göstərə bilər.

Yuxuda kök pişik görmək, ümumiyyətlə zənginlik və bolluqla əlaqələndirilir. Yuxuda kök pişik görmək, yuxu görənin bolluğunun artacağına işarə edə bilər.

Yuxuda kök pişik görmək iş həyatında atılacaq addımları ifadə edə bilər. Yuxuda kök pişik görmək, qısa zamanda işinizdə yüksələcəyinizə və qazancınızın arta biləcəyinə işarə edə bilər.

Yuxuda balaca pişik görmək, həssas və emosional bir dövrə girəcəyinizə işarə ola bilər. Kiçik bir pişik, kövrək və qorunmağa ehtiyacı olan bir varlığı təmsil edir.

Yuxuda qucağında pişik tutmaq və ya yuxuda pişiyi bu şəkildə görmək xoş xəbərlər alınacağına işarədir.

Yuxuda pişik öpmək, düşdüyünüz mənfi vəziyyətdən çıxıb mərhəmətli insanlarla görüşəcəyinizə işarədir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri