Icma.az
close
up
RU
Yuxunu suya danışmaq İslamdandır? Əkrəm Həsənov açıqladı

Yuxunu suya danışmaq İslamdandır? Əkrəm Həsənov açıqladı

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Su ilə bağlı xalq arasında əsrlərdir müxtəlif inanclar yaşayır. Bəziləri suya xoş söz deməyin, yuxunu axar suya danışmağın və ya suyun xüsusi enerji daşımasının insan həyatına təsir etdiyinə inanır. Digər tərəfdən, İslamda su Allahın ən böyük nemətlərindən biri hesab olunur və ona münasibətin dini prinsipləri fərqli şəkildə izah edilir.Bəs bu inancların hansı dini əsaslara söykənir, hansı isə xalq arasında formalaşmış adətlərdən qaynaqlanır?

Bu suallara ilahiyyatçı Əkrəm Həsənov aydınlıq gətirib.

İlahiyyatçı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam inancına görə şükür yalnız neməti yaradana edilir, nemətin özünə yox. Onun sözlərinə görə, su Allahın yaratdığı ən böyük nemətlərdən biridir.

Qurani-Kərimdə buyurulur: "Biz hər bir canlını sudan yaratdıq" (Ənbiya, 30). Başqa bir ayədə isə belə buyurulur: "Əgər Allah istəsəydi, onu acı edərdi. Elə isə niyə şükür etmirsiniz?" (Vaqiə, 70). Bu ayələr göstərir ki, suya görə minnətdarlıq ediləcək varlıq suyun özü deyil, onu yaradan Uca Allahdır.

Ə.Həsənov deyib ki, Peyğəmbərimiz (s) yeməkdən və sudan sonra Allaha həmd etməyi tövsiyə edib. Səhih hədislərdə bildirilir ki, Allah bəndəsinin bir tikə yemək yedikdən və ya bir qurtum su içdikdən sonra Ona həmd etməsindən razı qalır. Deməli, müsəlmanın "Əlhəmdulillah" deməsi suya deyil, suyu bəxş edən Allaha şükür etməsidir.

İlahiyyatçının sözlərinə görə, elmi baxımdan da suyun insan sözlərini və ya düşüncələrini qəbul edib xüsusi enerji daşıması barədə etibarlı sübut yoxdur. Bu fikir əsasən Masaru Emotonun məşhur eksperimentləri ilə tanınıb. Lakin həmin təcrübələr elmi metodologiyaya uyğun aparılmadığı, müstəqil alimlər tərəfindən eyni nəticələrlə təkrar oluna bilmədiyi üçün müasir elm tərəfindən qəbul edilmir. Bu səbəbdən suyun müsbət sözləri "eşitməsi", yaxud pis sözlərdən enerjisinin dəyişməsi ilə bağlı iddialar elmi fakt hesab edilmir.

Ə.Həsənov bildirib ki, insanın xoş sözlər deməsinin və müsbət düşünməsinin onun psixologiyasına müsbət təsiri ola bilər. Şükür etmək, dua etmək və müsbət düşünmək stressi azalda, insanın ruh halını yaxşılaşdıra bilər. Lakin bunun səbəbi suyun dəyişməsi deyil, insan beynində və sinir sistemində baş verən psixoloji və bioloji proseslərdir.

"Əgər insan su içərkən "Bismillah" deyir, Allaha şükür edir və Ondan şəfa diləyirsə, bu, İslamın tövsiyə etdiyi gözəl bir davranışdır. Lakin suyun özü ilə danışmaq, ona xüsusi güc və ya təsir sahibi kimi yanaşmaq, ondan fayda gözləmək dini baxımdan düzgün deyil. Çünki bütün şəfa da, bütün nemətlər də yalnız Allahdandır", – deyə ilahiyyatçı vurğulayıb.

Onun sözlərinə görə, müsəlman nemətə hörmət edər, amma ibadətini, şükrünü və ümidini yalnız nemətin sahibi olan Uca Allaha yönəldər. Bu, həm tövhid inancının, həm də sağlam düşüncənin tələbidir.

Ə.Həsənov bildirib ki, Novruz adətlərində bəzən yuxunu səhər tezdən axar suya danışmağın insan üçün xeyir gətirəcəyinə inanılır. Lakin bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur.

"Bu, qədim folklor və etnoqrafik inanc nümunəsidir. Nə Qurani-Kərimdə, nə də Peyğəmbərin (s) səhih hədislərində axar suya yuxu danışmaqla bağlı hər hansı göstəriş yoxdur. Yəni bu adət dini əsasdan daha çox xalq inancları ilə bağlıdır. Buna görə də müsəlman belə adətləri dinin hökmü kimi qəbul etməməlidir", – deyə o qeyd edib.

İlahiyyatçı əlavə edib ki, bəzən insanlar "Fatihə", "İxlas", "Fələq", "Nas" və digər Quran ayələrini suya oxuyaraq həmin suyu içirlər. Bu məsələ əvvəlkindən tamamilə fərqlidir. Çünki burada məqsəd sudan kömək istəmək deyil. Burada Allahın kəlamı oxunur və şəfa yalnız Allahdan dilənilir.

Ə.Həsənov xatırladıb ki, Qurani-Kərimdə buyurulur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik" (İsra, 82). Başqa bir ayədə isə belə buyurulur: "De: O, iman gətirənlər üçün hidayət və şəfadır" (Fussilət, 44).

Onun sözlərinə görə, Peyğəmbər (s) də xəstələr üçün Quran ayələri oxuyar, dua edər, xüsusilə "Fatihə" surəsinin ruqyə kimi oxunmasını təsdiq edərdi. Səhih əl-Buxaridə rəvayət olunan məşhur hədisdə səhabələrdən biri əqrəb sancmış şəxsə "Fatihə" surəsini oxuyur və Allahın izni ilə həmin şəxs şəfa tapır. Bu hadisədən sonra Peyğəmbər (s) həmin ruqyəni təsdiqləyib.

"Deməli, Quran oxunmuş suyun içilməsi məsələsində şəfanı verən su deyil, Allahdır. Su sadəcə vasitədir. Necə ki, dərman qəbul edərkən şəfanı dərmandan deyil, Allahdan bilirik, burada da eyni prinsip keçərlidir", – deyə ilahiyyatçı bildirib.

Ə.Həsənov deyib ki, İslam alimləri, o cümlədən İmam Nəvəvi, İbn Həcər əl-Əsqəlani, İbn Teymiyyə və İbn Qeyyim Quranla ruqyənin caiz olduğunu bildiriblər. Lakin onların heç biri suya müstəqil təsir gücü aid etməyib.

Sonda ilahiyyatçı vurğulayıb ki, psixologiya da göstərir ki, dua edən, Allaha təvəkkül edən və ümidini qoruyan insanın stress səviyyəsi azalır, immun sistemi daha sağlam işləyə bilir. Bu isə mənəvi rahatlığın fizioloji təsirlərindən biridir. Lakin bunu suyun enerji daşıması ilə izah etmək elmi baxımdan doğru deyil.

"Su ilə danışmaq, ona təşəkkür etmək və ya ondan müstəqil güc gözləmək İslamın tövhid anlayışına uyğun deyil. Novruzda yuxunu suya danışmaq da dini hökm deyil, xalq arasında formalaşmış bir inancdır. Amma Quran ayələrini oxuyaraq Allahdan şəfa diləmək, ruqyə etmək və həmin suyu Allahın izni ilə şəfa vasitəsi kimi içmək İslam qaynaqlarında yeri olan bir əməldir. Burada təsir edən su deyil, Allahın kəlamı və Allahın iradəsidir. Müsəlman üçün əsas prinsip budur ki, səbəblərə sarılmaq olar, lakin təsiri yaradanın yalnız Allah olduğuna iman etmək lazımdır", – deyə Əkrəm Həsənov fikrini tamamlayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri