Icma.az
close
up
RU
Yüz manatlıqlar dəyişir: köhnələrin aqibəti necə olacaq? AÇIQLAMA

Yüz manatlıqlar dəyişir: köhnələrin aqibəti necə olacaq? AÇIQLAMA

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hər hansı əskinasın dizayn yaxud formasının dəyişdirilməsi maliyyə və iqtisadi dəyişikliyə səbəb olmayacaq. Bu texniki məsələdir. Əskinasların yenilənməsi mərhələli formada baş verəcək”.

Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, yeni və köhnə 100 manatlıqlar paralel şəkildə, dövriyyədə olacaq:

 “Pul adi qaydada dövr edəcək. Banklar isə köhnələr yığıldıqca, Mərkəzi Banka təhvil verəcək”.

Ekspert manatın məzənnəsi məsələsinə də toxunub:

“Cari ilin sonuna qədər manat-dollar məzənnəsinin sabit olacağı gözlənilir. Hökumətin bu mövzuda məcburiyyət qarşısında qaldığı hər hansı hal yoxdur. Manatın məzənnəsi hazırda komfort zonadadır. Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı ötən qərarında da bildirildi ki, dollar depozitlərinin ümumi depozitdəki çəkisi azalır. Əhali yanvar-fevral ayını dollar almayıb, əksinə dollar satıb. Mərkəzi Bankın dollar rezervlərində artım var. İndiki halda hökumət məcbur deyil ki, məzənnəni dəyişsin. Hökumətin son 20 ildəki davranışlarından belə qənaətə gəlirik ki, məcbur olmadıqca, məzənnəni dəyişmir. Yəni ilin sonunadək manatın məzənnəsində hər hansı dəyişiklik gözlənilmir”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Ön və arxa tərəflərinin təsvirləri əlavə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri