Icma.az
close
up
RU
Yüzdən çox dövlət layihəsi icra edən nəhəng şirkətdən narazılıq “Evlərdə çat əmələ gəlib” FOTOLAR

Yüzdən çox dövlət layihəsi icra edən nəhəng şirkətdən narazılıq “Evlərdə çat əmələ gəlib” FOTOLAR

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Məşhur şirkətin layihəsinin yarımçıq qalması sakinləri narazı salıb. Şirkət layihə üzrə nəzərdə tutulan iki binadan birini inşa edib. Digər bina tikilmədiyi üçün ətrafda yaşayan sakinlərin evləri qəzalı vəziyyətə düşüb.

Bakupost.az "Müsavat"a istinadən xəbər verir ki, narazılıq Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində “ETO HOUSE” MTK tərəfindən həyata keçirilən layihə ilə bağlıdır.

Belə ki, layihə üzrə MTK tərəfindən ərazidə fərdi yaşayış evlərinin sökülərək orada hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulub.

Təqdim etdiyimiz fotoda ərazidə tikintisi nəzərdə tutulan layihədir.


Fotoda görülən binalardan biri inşa edilib. Digərinin tikintisinə isə başlanmayıb. Bu vəziyyət də ətrafda yaşayan sakinləri narazı salıb.

Sakinlər bildiriblər ki, layihənin icrasına başlayan zaman sakinlərlə görüş olub.

Onlara mənzillərinin sökülərək yerində bina inşa ediləcəyi deyilib. Qarşılığında isə sakinlərə kompensasiya ödəniləcəyi və ya yeni tikiləcək binadan mənzillə təmin ediləcəkləri bildirilib.

Layihənin icrasına başlayan zaman işlər nəzərdə tutulan plan üzrə aparılmayıb və bir binanın tikintisi həyata keçirilib. Həmin ərazidə olan evlər sökülüb. Tikintiyə yaxın olan və ümumi layihədə sökülməsi nəzərdə tutulan 15-ə yaxın mənzil sökülməyib. Ərazidə aparılan tikinti işləri sakinləri narazı salıb, bəzi evlərdə çatlar əmələ gəlib.

“Bu qədər müddət toz-torpaq içində yaşamışıq. Gecə-gündüz tikintinin səsindən əziyyət çəkmişik. Bir çox evlər qəzalı vəziyyətdədir. İndi kimə də şikayət edirik, baxan yoxdur”, - deyə sakinlər bildirib.

Sakinlərin narazılığı və layihənin tam icra edilməməsinin səbəbi ilə bağlı şirkətin mövqeyini öyrənməyə cəhd edilsə də, əlaqə üçün qeyd edilən nömrəyə zəng çatmayıb.

“ETO HOUSE” MTK layihəsi məşhur “ALMEP ENGINEERING GROUP” şirkətinə məxsusdur. Bu şirkət Azərbaycanda bir çox dövlət layihələrinin icrasını həyata keçirib.

“ALMEP ENGINEERING GROUP”un ölkədə tikintisini həyata keçirdiyi böyük layihələrə aşağıdakılar daxildir:

- Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

- Azərbaycan-Fransız Universiteti

- Əmlak Məsələləri Dövlət Komitəsi

- Bakı Avropa Liseyi

- Tofiq İsmayılov adına UGYS

- UNEC

- Memar Əcəmi metrostansiyası

- Quba rayonu Alekseyevka kəndində məktəb

- Nizami Gəncəvi Muzeyi

- Azərbaycan Texniki Universiteti

- Elmlər Akademiyası stansiyası

Bundan başqa, “ALMEP ENGINEERING GROUP” bir çox özəl şirkətin, restoranın, istirahət mərkəzinin tikintisini həyata keçirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri