Icma.az
close
up
RU
Yüzlərlə müəllim imtahandan kəsildi Kollec biabırçılığı

Yüzlərlə müəllim imtahandan kəsildi Kollec biabırçılığı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son günlərdə keçirilən müəllimləri attestasiya imtahanlarının nəticələri ciddi müzakirə mövzusuna çevirilib. Yüzlərlə müəllim attestasiyadan kəsilib, onların əksəriyyəti kollec məzunudur.

Bu imtahanlar göstərdi ki, xüsusilə kollecləri bitirib məktəbdə dərs deyən müəllimlərin bilik səviyyəsi ciddi şəkildə sual altındadır. Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə başlayan bu müzakirələr, əslində daha geniş bir problemin – orta ixtisas təhsil müəssisələrinin pedaqoji kadr hazırlığında keyfiyyət məsələsinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu.

2023 və 2024-cü illərdə keçirilən sertifikasiya imtahanlarında da orta ixtisas təhsilli müəllimlərin nəticələri ümumi göstəricilərdən aşağı olub. Məsələn, 2024-cü il nəticələrinə əsasən, universitet məzunlarının 72%-i minimum balı topladığı halda, kollec məzunlarında bu rəqəm cəmi 43% olub. Bu fərq sadəcə fərdi hazırlıqla deyil, sistematik struktur probleminin mövcudluğuyla bağlıdır.

Mövzu ilə bağlı təhsil sahələri üzrə eksper Kamran Əsədov Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilir. Bu o deməkdir ki, pedaqoji fəaliyyətin hüquqi bazası ali təhsillə bağlıdır. Kolleclər isə bu tələbi qismən yerinə yetirir və pedaqoji sahəyə hazırlıqda tam hüquqi baza yaratmır. 

“Eyni zamanda, “Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na görə, müəllimlər yalnız bilik deyil, metodoloji hazırlıq baxımından da qiymətləndirilir. Lakin kolleclərdə metodoloji baza və praktik pedaqoji hazırlıq zəif olduğundan, məzunlar bu mərhələdə ciddi çətinlik yaşayırlar”.

K. Əsədov vurğulayıb ki, kolleclərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin bir çoxu qəbul imtahanlarında minimal bal toplayanlardır. Bu da onu göstərir ki, təhsil prosesinə daxil olanların ilkin akademik hazırlıq səviyyəsi aşağıdır. “Universitetlərlə müqayisədə kolleclərin təhsil müddəti daha qısadır (2-3 il), bu müddət ərzində həm fənn biliklərinin, həm də pedaqoji bacarıqların verilməsi mümkün deyil. Digər tərəfdən, kolleclərdə müəllim heyətinin elmi dərəcəsi olanların faizi də çox aşağıdır. Bu, həm dərslərin keyfiyyətinə, həm də tələbələrin formalaşmasına mənfi təsir edir.

Problemin daha dərin səbəblərindən biri də praktika mexanizmlərinin zəifliyidir. Universitetlərdə tədris təcrübəsi geniş şəkildə tətbiq olunur, tələbələr məktəblərlə əməkdaşlıq çərçivəsində sinifdə dərs demə bacarığı əldə edir. Kolleclərdə isə bu proses daha formal xarakter daşıyır. Təcrübə müddəti ya çox qısa olur, ya da real məktəb mühiti ilə əlaqəsi zəif qurulur. Nəticədə kolleci bitirən gənc müəllim məktəbə real hazırlıq olmadan daxil olur”.

Dünya təcrübəsi haqda da danışan ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə - Finlandiya, Estoniya, hətta Türkiyədə  müəllim hazırlığı yalnız universitetlərdə həyata keçirilir və müəllimlər üçün davamlı təlimlər məcburidir. 

“Azərbaycanın bu sahədə öz xüsusiyyətləri olsa da, təcrübə onu göstərir ki, pedaqoji kadr hazırlığında kolleclərin rolu tədricən azaldılmalı və bu funksiyalar tam olaraq universitetlərə yönəldilməlidir. Bununla belə, kolleclər tamamilə müəllim hazırlığından uzaqlaşdırılmamalıdır. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya kimi fənlər üzrə müəllim hazırlığı bu müəssisələrdə davam etdirilə bilər. Çünki bu istiqamətlərdə praktik bacarıqlar ön plandadır və akademik dərinlikdən çox, tətbiqi biliklər tələb olunur”- deyə Kamran Əsədov bildirib. 

Onun sözlərinə görə əgər bu istiqamətdə dəyişikliklər edilməzsə, bir neçə ciddi problem davam edəcək. Birincisi, təhsil keyfiyyəti bərabərsizliyi artacaq – rayon məktəblərində çalışan müəllimlərin əksəriyyəti kollec məzunu olduğu üçün bu bölgələrdə təhsil keyfiyyəti daha da zəifləyəcək. İkincisi, müəllim peşəsinin nüfuzu aşağı düşəcək. Cəmiyyət universitet məzunları ilə kollec məzunları arasındakı fərqi açıq şəkildə hiss etdikcə, bu peşəyə ümumi etibar azalacaq. Üçüncüsü isə təhsil sistemində qeyri-peşəkar yanaşmalar artacaq – bu isə ümumilikdə Azərbaycanın insan kapitalı üçün riskdir:

“Bununla yanaşı, kolleclərin tamamilə sıradan çıxarılması da doğru olmaz. Onların texniki və peşə hazırlığı üzrə ixtisaslaşması, əmək bazarının tələblərinə uyğun olaraq yenidən formalaşdırılması vacibdir. Əgər müəllim hazırlığı kolleclərdən alınarsa, həmin məzunlara alternativ karyera imkanları yaradılmalıdır. Bu isə planlı şəkildə həyata keçirilməli, illər üzrə keçid dövrü nəzərə alınaraq reallaşdırılmalıdır.

Nəticə olaraq, hazırkı vəziyyət onu göstərir ki, kollec məzunu müəllimlərin zəif nəticələri təsadüfi deyil, sistematik və köklü səbəblərə dayanır. Bu problemin aradan qaldırılması üçün pedaqoji kadr hazırlığı sahəsində radikal islahatlara ehtiyac var – hüquqi çərçivənin yenilənməsi, kolleclərin rolu və funksiyasının aydınlaşdırılması, universitet əsaslı modelə keçid və uzunmüddətli insan kapitalı strategiyası formalaşdırılmalıdır. Əks halda, bu gün imtahanda zəif nəticə göstərən müəllim sabah şagirdin gələcəyini zəif formalaşdıracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri