Icma.az
close
up
RU
Yüzlərlə timsahın yaşadığı nüvə stansiyası Sürətlə artırlar

Yüzlərlə timsahın yaşadığı nüvə stansiyası Sürətlə artırlar

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Florida ştatındakı bir nüvə stansiyası nəsli təhlükədə olan Amerika timsahları üçün sığınacaq rolunu oynayır. Lakin narahat olmağa əsas yoxdur - bu timsahların mutanta çevrilmək ehtimalı yoxdur.

Qaynarinfo xəbər verir ki, Florida ştatında yerləşən nüvə stansiyasının soyutma kanallarında gözlənilməz şəkildə genişlənən Amerika timsahı populyasiyası yaşayır. Maraqlıdır ki, bu süni mühit timsahların sayı azalmaqda olan populyasiyasına müsbət təsir göstərir və onların yenidən çoxalmasına imkan yaradır.

Nüvə stansiyası timsahlar üçün necə sığınacağa çevrildi?

"Turkey Point" Nüvə Elektrik Stansiyası 1960-cı illərdə Florida ştatının cənubundakı bataqlıq ərazilərdə inşa olunmağa başlayıb. Bu obyekt, nüvə reaktorlarından yaranan istiliyi yaymaq üçün 2.700 hektarlıq ərazini əhatə edən mürəkkəb soyutma kanalları sisteminə sahibdir. Burada məskunlaşan timsahlar illər ərzində bu sistemi yaşamaq, çoxalmaq və bölgədəki məhvolmadan xilas olmaq üçün istifadə ediblər.

Timsahlar ilk dəfə 1976-cı ildə bu ərazidə qeydə alınıb. O vaxtdan bəri stansiyanın operatoru "Florida Power and Light" şirkəti 8.000-dən çox timsah balasını qeydiyyata alıb. 2022-ci ildə aparılan hesablamalara görə, nüvə stansiyasının soyutma kanallarında 33 yuva aşkarlanıb ki, bu da yeni bir rekorddur. Bundan əlavə, həmin il 512 timsah balası etiketlənərək yenidən təbiətə buraxılıb. Bu isə Orta və Cənubi Amerika, eləcə də Karib hövzəsində yayılmış, lakin hazırda təhlükə altında olan bu sürünənlər üçün olduqca müsbət xəbərdir.

6 metr uzunluğa çata bilirlər

Amerika timsahları 6 metr uzunluğa qədər böyüyə bilsələr də, vəhşi təbiətdə 4,2 metrdən uzun olanlarına nadir hallarda rast gəlinir. "Turkey Point" stansiyasının mühitində isə bu timsahlar üçün bir sıra əlverişli şərait mövcuddur. Məsələn, soyutma kanallarındakı sabit su səviyyəsi yuvanın su altında qalma riskini azaldır. Bundan əlavə, insan müdaxiləsindən və digər yırtıcılardan qismən qorunmaq imkanı yaradır.

"Florida Power and Light" şirkətinin ekoloqu Mayk Lloret 2024-cü ildə "CBS News"a verdiyi açıqlamada belə deyib: "Bura onlar üçün bir sığınacaqdır, burada güvəndədirlər. Florida və ABŞ-dakı ən sıx yuvalama bölgələrindən birinə sahibik".

Mükəmməl sığınacaq deyil, amma timsahlar burada daha yaxşı yaşayır

Baxmayaraq ki, "Turkey Point" timsahlar üçün əlverişli bir mühit yaradır, bu, ideal sığınacaq deyil. ABŞ Balıq və Vəhşi Təbiət Xidməti 2019-cu ildə apardığı araşdırmalarda, kanal sistemindəki suyun keyfiyyətinin zəiflədiyini və bunun timsahlarla yanaşı onların ekosisteminə də zərər verdiyini müəyyən edib. Bu vəziyyət Biodiversitet Mərkəzinin ciddi xəbərdarlıq etməsinə səbəb olub.

Bununla yanaşı, 2010-cu illərdə bölgədə suyun duzluluğunda baş verən ani artım, dəniz yosunlarının və su bitkilərinin məhv olmasına səbəb olub ki, bu da ekosistemə ciddi təsir edib. Lakin bütün bu çətinliklərə baxmayaraq, "Turkey Point"dəki Amerika timsahları hələ də vəhşi təbiətdə yaşayış mühiti məhdudlaşan və ovlanma riski ilə üzləşən digər timsahlardan daha yaxşı vəziyyətdədir.

Lloretin sözlərinə görə, dişi timsahlar yuva qurmaq üçün gəlir, erkəklər isə onların ardınca gəlir və burada doğulan timsah balaları özlərini böyüdə bilirlər: "Daha təbii mühitlərdə yox olan mükəmməl təcrid olunmuş yuvalama sahələrimiz var".

Bu vəziyyət göstərir ki, bəzən insan tərəfindən yaradılmış süni mühitlər, təbiətdə təhlükə altında olan növlərin qorunmasına müsbət təsir göstərə bilər. Lakin bu ekosistemlərin uzunmüddətli sağlamlığı üçün ətraf mühit problemlərinin də nəzərə alınması vacibdir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri