Icma.az
close
up
RU
Zahid Oruc: ”İsmayıllı Nardaran Gəncə Söyüdlü” və s. protest enerjisini toplamaq üçün...”

Zahid Oruc: ”İsmayıllı Nardaran Gəncə Söyüdlü” və s. protest enerjisini toplamaq üçün...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən iclasında deputatlar son günlər baş verən qəza ilə bağlı fikirlərini bölüşüblər. Moderator.az xəbər verir ki, komitə sədri Zahid Oruc deyilənlərə aydınlıq gətirərək vurğulayıb ki, 2024-cü il yanvarın 18-də İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil.

Moderator.az çıxışın tamamını təqdim edir:

"Nəticədə həlak olan məktəblilər hər birimizi dərindən kədərləndirdi, onların valideynləri qədər ağrıtdı. 

Əməliyyat məlumatlarına söykənərək, daxildə təxribat və qarşıdırma yaradanlar nəzərə alaraq, Daxili Qoşunların bir neçə hərbi texnikası əraziyə daxil olub, lakin hər hansı müdaxilə hərəkətlərinə zərurət yaranmayıb. Yanvarın 21-də qəza  nəticəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib. Qəbulda ailə üzvləri hadisənin təfərrüatları, maddi sübutlar, istintaqın gedişi ilə bağlı məlumatlandırılıb. Zərərçəkənlərin   sualları cavablandırılıb.

Hadisənin dərhal “vətəndaş jurnalistikası” adlandırılan, əksər hallarda legitim media fəaliyyətindən uzaq, təhsil və sosial statusları aşağı qruplar tərəfindən yayılan xəbər kütləsinin yaratdığı dalğanın anındaca xarici bloggerlərə ötürülüməsi, sinxron olaraq, daxildəki 5-ci kalonun təşəbbüsü ələ keçirməsi, ardınca müxtəlif multimedia əməliyyatları, deep fake və qara təbliğat texnologiyası ilə siyasiləşdirilərək dövlət/ali rəhbərlik əleyhinə yönlədirilməsi, ictimai-siyasi sabitliyin pozulmasına cəhd, polis orqanlarına virtual itaətsizlik və şiddətin tətiklənməsi, güc strukturlarının ictimai nüfuzuna zərbə və demonizasiyası səyləri-  qəti şəkildə pislənməlidir.

Hadisə ilə bağlı toplanan insanların qısa müddətdə polis maşını və azyaşlı məktəblilərin cəsədləri fonunda lidersiz, hiddət və qəzəblə hərəkət edən qüvvələrin dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib. Affekt vəziyyətdə aksiyaya təhrik edilən, əksəriyyəti gənclər olduğu görünən kütlənin polis idarəsinə doğru yürüşü qəzaya uğramış xidməti maşını-dövlət əmlakını  yararsız hala salan nifrət və vandalizm kadrları, özəlliklə “istefa”, “Taleh Bağırzadəyə azadlıq” şüarının səsləndirilməsi, hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmaya səy göstərilməsinə dair görüntülər qısa müddətdə ölkəmizə qarşı şəbəkələşən xarici və daxili media kanallarında tirajlanmaqla virtual hücumların intensivliyini artırıb. Hadisə ilə bağlı həmin şəbəkənin  şiddətli dezinformasiya fəaliyyəti indi də davam edir.   

Aksiya ilə bağlı Tik-Tok şəbəkəsində “İmişli Sevgi mebel”adlı profildən canlı yayımı həyata keçirib.  Aksiyanın xaricdəki blogger və İranın “Səhər Azəri” kanalına canlı ötürən şəbəkələr məlumdur. “Meydan TV, Abzas Media,Toplum TV, Azadlıq radiosu, Mikroskop media, Azadlıq qəzeti, TimeTV, Hamamtimes.tv ”, ölkədaxili 5-ci kalona aid sosial şəbəkə səhifələri və s., habelə: xaricdəki bloggerlər: “Tural Sadıqlı (Azad Söz), Qənimət Zahid (Azərbaycan saatı),Sevinc Osmanqızı(Osmanqızı TV), Məhəmməd Mirzəli (Made in Azerbaijan), Orxan Ağayev (Hüseyn TV), Teymur Eminbəyli(ABATV),Əli Oğuz(OğuzTV),Qurban Məmmədov (Azərfridom), İmaməddin Əlimanov (Xalq TV), Manaf Cəlilzadə (Diktator TV), Qabil Məmmədov (Repressiyaya Son, Haqsızlığa susma), Süleyman Süleymanlı (Mübariz TV,PazTV ), Elşad Məmmədov(Mühacir TV), OperativMedia və başqalarının, onları alət kimi istifadə edən mərkəzlərin hadisə haqda saxta məlumatlarla, daha böyük iğtişaşlara çağırışlar etmək komandası aldığı aşkar görünür.

Qəzanın baş verdiyi əraziyə yaxın olan Yalavac kəndi İmişlinin ən böyük yaşayış məntəqələrindən olub, əhalisinin sayı: 3148 nəfərdir. Kəndin  Həzrət Əli məscidində son illərdə keçirilən Aşura məclislərinə nəzər saldıqda-onların xarici ölkələrdə keçirilən məclislərlə eyni olduğu, uşaqların belə ayrıca aşura məclisləri-mərsiyələri təşkil etdiyi görünür. 

Bu mühitdə yetişən gənc “Z” nəslin yanvarın 18-də baş verən qəza nəticəsində toplananlar arasında əksəriyyət təşkil etməsi, anidən “kritik kütləyə” transformasiyası nədən belə asan olub?-sualının cavabını verir.

Rayonun məscidlərində keçirilən Aşura mərasimləri ilə bağlı YouTube kanalında izlədikdə, onların 30 il boyu rayonda “Hüseynçi-şiəçiliyin” bütün kanonlarına əməl edilərək keçirilməsi diqqəti cəlb edir. Hər Aşurada simvolik “tabut” düzəldilir, qadın, uşaq hamı birlikdə  həmin tabutu gəzdirərək  mərasim-ayin icra edirlər.

18 yanvarda baş verən aksiyada Daxili İşlər Nazirliyi (DİN) çevik əks tədbirlər həyata keçirdi. Mediada qəza ilə bağlı  ardıcıl açıqlamaların, mulitimedia və xəbərlərin yerləşdirilməsi kütlə psixologiyasına xas qəzəb dalğasına təsir etdi. Ən vacibi, yaranmış informasiya vakuumu şəraitində xaricdən tirajlanan saxta xəbərlərin “kononada”  effekti ilə coğrafiyasının genişlənməsinə, şiddətlənməsinə və dağıdıcı qarşıdırmaya çevrilməsinə yol verilmədi. Habelə, İmişli rayon Polis bölməsinin rəsmiləri də yürüş edən sakinlərin qarşısına çıxdı. 

Dövlət Statistik Komitəsinin(DSK) məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında   1031 qəza, yaxud 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az YNH baş verib. Nəticədə zərər çəkənlərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olmuş, 914-ü isə yaralanıb. YNH-nin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib. Hadisələrin 14-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.”

İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 yanvar  və digər tarix günlırinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr “enerjinin itməməsi qanunu”na əsaslanaraq, “İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün  fəaliyyətlərini davam etdirirlər. 

Əgər təxribatçıları nəzərə alaraq, hadisə yerinə gedən Daxili qoşunların 2-3 texnikası ilə sovet tanklarını birləşdirən, tarixi hadisələri siyasi mənfəətləri üçün istsimar edənlər mənfur qüvvələr varsa, o zaman hakimiyyət institutları bütün səviyyələrdə mənəvi dəyər tanımayan dairəlrlə üz-üzə olduqlarını bilməlidir. Dövlətdən qanun və ədalət tələb edənlərin bir çoxunun şəxsi profillərini araşdırdıqda xüsusilə də gənclərin müxtəlif təbliğat vasitələrinin güclü təsiri altında olduğu aydın görünür. O insanları Vətənin səngərində saxlamağa cavadehlik daşıyan hökumət qurumlarının fəaliyyətini dəyərləndirməyə ehtiyac var. Lakin xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki, dövlətimiz hələ işğal dövründə ən azı 3  dəfə silahlı çevriliş cəhdlərini, o cümlədən rəngli xarici internvensiyaları iflasa uğradıb.         

Bəli, əhali ilə kommunikasiyanın gücləndirilməsi vacibdir. Ona görə də qəzaya səbəb olan və törədən şəxsin cəzalandırılması ilə yanaşı, Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində Qələbə amilinin vətəndaşlarımızda formalaşdırdığı maksimal gözləntilərə müvafiq olaraq, dövlət başçısının aktiv beynəlxalq və daxili siyasəti fonunda bütün hakimiyyət instutularının vahid komanda kimi fəaliyyəti, koordinasiyalı işinə ehtiyac vardır. Xalqla ünsiyyətdə bütün resursların səfərbərliyi polis-vətəndaş formatını dəyişər, alternativ vasitələrin işə düşməsinə yol açar, güc amilinin sosial harmoniya vasitələri əvəzlənməsinə şərait yaradar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri