Icma.az
close
up
RU
Zahid Oruc: ”Rusiya Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız şəhid deyil”..

Zahid Oruc: ”Rusiya Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız şəhid deyil”..

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma ilə xidmət edən zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay azaldılması, o cümlədən, onlara hərbi rütbələrin verilməsi və Əsasnamədə aparılan dəyişikliklər Vətən müharibəsindən sonra dövlətimizin ordu quruculuğuna dair yeni siyasətinin ifadəsidir.

Sadə dillə desək, artıq sülh dövrünə keçid baş verir. Lakin bir məsələ bizi xüsusilə, dərindən narahat edir.

Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət”  “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparırlar. Həmyerlilərimiz bəzən döyüş bölgələrindən müraciət yayaraq, şirnikləndirici vədlərin yalan məngəsindən çıxmaq üçün  kömək istəyirlər:

“Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə 100-lərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər. 

Azərbaycan dövləti xüsusilə, Suriyada İŞİD bayrağı qaldırılarkən qanunvericiliyini sərtləşdirdi, xaricdə hərbi birləşmələrə qoşulanların  fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən, vətəndaşlıqdan məhrumetmə  əməlitək qiymətləndirdi.

Xatırladaq ki, o dövrdə DTX-nin yaydığı məlumatlarda Yaxın Şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi. Onda torpaqlarımız işğal altında idi və həmin oğullara əlahiddə ehtiyacımız vardı.  İndi Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı-qardaşa atəşə açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar. 

Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin yaxınlarının, qohumlarının “nədən ötrü?”, “kimin uğrunda?” suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi-vətəndaşlarımızı  cinayət yolundan daşındırardı. Təkcə Müdafiə nazirliyinin, yaxud hüquq-mühafizə, prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələyə geniş ictimaiyyətin,  eləcə də kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe göstərməsi yüzlərlə insanı bizim olmayan müharibədən çəkindirə bilər. 

Bir vaxtlar Suriyaya cənnət ümidilə gedənlərin son 4 ildə iki slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur”. 

Zahid Oruc qeyd edib ki, ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticə təkcə millətimizin deyil, həm də ordumuzun itkisidir:

“Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çoxu haqqında heç bir məlumat yoxdur. Yaralanaraq, ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində  daşıyan şəxslər-ailələri və cəmiyyət üçün ağır mənəvi-sosial qayğıdır, gələcəkdə radikal qruplara qoşulma risqidir.

Dövlət Təhlükəsizlik Orqanları haqlı olaraq, keçmiş “vaqnerçiləri” həbs etməklə bütün vətəndaşlarımıza və həmyerlilərimizə çağırış etdi: bizim Vətən müharibəmiz-Qarabağdır, torpaqlarımızın azadlığıdır, indi isə Böyük Qayıdışdır! 

Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak etmək eyni məsuliyyətli əməldir.

Kampaniyanın arxasında 3-cü dövlətlərin kəşfiyyat xidmətlərinin olduğuna şübhə yoxdur. Diqqət edin, dünən bir qərbli general deyir ki, orada xərclənən hər avro Avropa əsgərlərinin cəbhəyə getməməsi deməkdir. 

Əgər öz vətəndaşlarınızın və övladlarınızın canı qiymətlidirsə, onda başqa xalqları nə üçün internasional savaşa qoşursunuz? Cavab sadədir-keçmiş sovet məkanında sülhü istəməyən çoxlu qüvvə var.

Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız “şəhid” deyil, onları təşviq edənlər genefondumuza zərbə vururlar. Biz “şəhid” adını yalnız Vətənin müdafiəsində canını verənlər üçün deyirik. 

Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq, Çanaqqala savaşındakı kimi müqəddəs işdir.

Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşlərdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir.

Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir. 

Azərbaycanlılar, Ali Baş Komandanın əmr vermədiyi savaşlara qoşulmayın!”

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri