Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan universitetində də təhsil alacaqlar...”

“Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan universitetində də təhsil alacaqlar...”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin ən ali arzusu olan Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etməklə, həm də bizim tarixi-mədəni sərvətlərimizi, elm və təhsil ənənlərimizi özümüzə qaytardı.

Bunun ən yaxşı nümunəsi kimi Qarabağ Universitetinin yaradılmasını ali dəyərlərimizə, elmi irsimizə olan dərin ehtiramın nümunəsi kimi qiymətləndirmək olar.

Azərbaycanın tarixən zəngin elmi-mədəni-tarixi salnamələr ölkəsidir, canlı ensiklopedik coğrafiyadır. Bizim milli nişanələrimizin zəngim məxəzlərindən biri də Qərbi Azərbaycan torpaqlarıdır. Vaxtilə Azərbaycana məxsus olmuş torpaqlarda qurulmuş millətçi, təcavüzkar Ermənistan Respublikası bizim tarixi Vətənimiz olan Qərbi Azərbaycan ərazisində son bir əsrdə misligörünməmiş qəddarlıq və vandalizm aktları törədib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi amansızlıqla yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilərək müxtəlif yerlərdə yaşamağa məcbur olunub. Tarixin ən böyük ədalətsizliyi olan bu etnik təmizləmə nəticəsində azərbaycanlılara məxsus əmlak və qarət edilərək mənimsənilib, tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. 

Bu genosid min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasına, mədəni irsini məhv edilməsinə səbəb olub. Xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilib. Bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izlər demək olar ki, qalmayıbdır. Göyçədə, Zəngəzurda, İrəvanda, doğulduğumuz torpaqlarda coğrafi adlarımız, toponimlərimiz, milli nişanələrimiz yer üzündən silinib, bütünlüklə erməni adları ilə əvəzlənibdir. 

Qərbi Azərbaycan ağrısını hər zaman dilə gətirən ümummilli lider Heydər Əliyev çıxışlarında, nitq və bəyanatlarında, xarici tədbirlərdə qeyd edirdi ki, indiki Ermənistan adlandırılan ərazilərin tarixən Azərbaycana mənsubdur, oradakı bütün maddi-mənəvi, tarixi sərvətlərin hər birində bizim xalqımızın nişanəsi, kimliyi var. 1998-ci il “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq konfransda çıxış edən Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna toxunaraq Qafqazın müxtəlif ölkələrindən olan nümayəndələrin qarşısında açıq şəkildə mövqeyini belə ifadə etmişdi:

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan -İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilər­ən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu, Ermənistanın millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.

İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənil­məsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması ulu öndərin başlıca hədəflərindən biri olmuşdur.

Vətən müharibəsində qazanılmış qələbə xalqımızın soy-kökünə bağlılıq və milli özünüdərk, milli intibah tarixşünaslığımızda kök salmış böyük bir boşluğu da aradan qaldırdı. Qələbə, eyni zamanda Qərbi Azərbaycan kimi tarixi ərazilərimizdəki zəngin irsimizin də tədqiq və təbliğ edilməsi istiqamətində yeni reallıqlar yaradıb. 

Yeni reallıqlar Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni sərvətlərinin, irsinin, milli nişanəsinin qorunub saxlanılması, unudulmaması və gənc nəslə çatdırılmasını bizə diqtə edir. Bu, bizim gələcək nəsil qarşısında bu mənəvi borcumuzdur.

Ermənistan əhaləsinin sayından çox olan Qərbi Azərbaycanlı soydaşlarımızın böyük milli irsinə, tarixi-mədəni xəzinəsinə, mədəniyyət və incəsənət salnaməsinə sahib çıxmaq öhdəliyimizdir. 

Ona görə də bu zəngin irsin unudulmaması, gəncə nəslə çatdırılması, tarixi Vətənimizin keçmişi və bu günü barədə əsil həqiqətlərin təbliğ edilməsi üçün ensiklopedik elmi-tədqiqi araşdırmalarının aparılmasına imkan verən elmi tədqiqat mərkəzinin - Qərbi Azərbaycan Universitetinin yaradılması məqəsdəuyğun olardı. 

Universitet zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması, neçə minillik tariximizin öyrənilməsi və tam məhv olunmasının qarşısının alınması, beynəlxalq müstəvidə təbliği, akademik səviyyədə dərin tədqiqatların aparılması üçün mərkəzi elmi məxəz ola bilər. 

Bu, həm də Qərbi Azərbaycanın elmi-mədəni institut kimi beynəlxalq səviyyədə tədiqaqat və elmi diskusiyalara qoşulması ilə tarixi Vətənimzi haqqında əsil həqəqitələrin dünya müstəvisinə çıxarılmasında da mühüm rol oynayardı. 

Universitetin təsis edilməsi sayəsində erməni, fransız, ingilis, ərəb, rus dillərində tarıx araşdırmalar aparmaq üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunması da mühüm fayda vermiş olardı.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri