Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Zaman onun üçün 2019 cu ildə dayandı: Hər 2 saatdan bir yaddaşı silinir

Zaman onun üçün 2019 cu ildə dayandı: Hər 2 saatdan bir yaddaşı silinir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

15 yaşlı gənc qız bir yay günü məktəb tədbirində dostları ilə doyunca əylənirdi. Rəqs, gülüş və gəncliyin coşqusu salonu doldurmuşdu. Bu an səhnədə bir-birini havaya atan uşaqlardan birinin ayağı Rileynin başına dəydi. O andan hər şey dəyişdi, zaman sanki dayandı. O gündən bəri illərlə hər iki saatdan bir eyni günü yaşayır. Yaddaşı daima sıfırlanır, qeydləri olmadan bir anını belə yadda saxlaya bilmir. Bəs bu necə mümkündür?


Sherg.az xəbər verir ki, təqvimlər 11 iyun 2019-u göstərirdi. O vaxt liseyin son sinif şagirdi olan Riley Horner məktəb balosunda dostları ilə əylənərkən bədbəxt hadisə baş verdi. Səhnədə tullanaraq rəqs edən dostlarından birinin ayağı başına dəydi və Riley ağır beyin sarsıntısı keçirdi. Təcili xəstəxanaya aparılsa da, həkimlər ilk anda ciddi problem görməyərək evə buraxdılar.

Lakin ertəsi günlərdən etibarən Rileynin vəziyyəti sürətlə pisləşdi. Oyananda hələ də 11 iyun 2019-cu ildə olduğunu zənn edir, o gecəki böyük rəqsə hazırlaşmalı olduğunu düşünürdü. Zaman onun üçün orada dayanmışdı. Yaddaşı əvvəlcə hər 45 dəqiqədən bir silinirdi, sonra bu müddət iki saata qədər uzandı. Ailəsi illərlə həkim-həkim gəzməsinə baxmayaraq çarə tapa bilmədi.

Bu gün, 6 il keçməsinə baxmayaraq Riley Horner hələ də hər 2 saatdan bir 2019-un həmin gününə qayıdır. Qeydləri olmadan bir anını belə yadda saxlaya bilməyən gənc qızın həyatı tibbdə misli görünməmiş bir hadisə kimi qeydə alınıb.

Başına aldığı zərbədən sonra evə göndərilən gənc qız ertəsi səhər sanki 11 iyunun səhərinə oyanmış kimi hərəkət edəndə ailəsi nəsə qəribəlik olduğunu anladı. Ancaq əllərindən heç nə gəlmirdi. Hornerin yaddaşı hər 2 saatdan bir yenilənirdi və belə yaşamaq çox çətin idi. Saatlar keçdikcə beyni yenidən sıfırlanır, Riley özünü yenə həmin yay günündə tapırdı. Keçmişi və baş verənləri anlaya bilmək üçün telefonuna qeydlər aparmağa, ətrafındakılardan daima məlumat istəməyə başladı.


Aylarla aparılan müayinələrin nəticəsində həkimlər gənc qıza TBI (Travmatik beyin zədəsi) diaqnozu qoydu. Bu zədə yalnız yaddaşını deyil, diqqətini toplamasını, hadisələri sıralamasını, hətta gələcəyə dair ümidlərini də dərin təsirləyirdi. Müalicə üçün Yuta ştatında xüsusi bir mərkəzə aparıldı. Çətin proseslərdən sonra Riley artıq yeni xatirələr yarada bilir, keçmişə kiçik pəncərələr aça bilirdi. Ancaq qəzadan müalicəyədək keçən 6 aylıq müddət hələ də beynində qaranlıq bir boşluq kimidir və tutmaları davam edir.

Anası əvvəlcə qızının hər tutmadan sonra xatirələrini təravətləndirə bilməsi üçün açdığı Facebook səhifəsindən qızının tezliklə tibb bacısı kimi staja başlayacağını paylaşdı. Yaddaş itkisinə baxmayaraq peşəsində uğur qazanan Riley Horner hələ də tutmaları üçün dərman qəbul edir və bir daha əvvəlki kimi ola bilməyəcəyinin ümidsizliyi ilə yaşayır. Ancaq ailəsi ümidini itirmədən Riley üçün işlək müalicə axtarışını davam etdirir.


Prof. Dr. Engin Çakar deyir ki, başa dəyən  sərt zərbələrdən sonra qısa müddətli yaddaş və diqqət problemləri çox tez-tez rast gəlinir və yüngül hallarda bir neçə həftə içində düzəlir. Amma orta və ya ağır beyin zədəsi varsa, yaddaş problemləri daha qalıcı olur. Riley Hornerin yaşadığı vəziyyət irəliyə yönəlik yaddaşın formalaşmaması - anterograd amneziyanın çox nadir və kəskin bir nümunəsidir. Beyin yeni məlumatları qalıcı xatirələrə çevirməkdə çətinlik çəkir və insan bir neçə saat ərzində öyrəndiyi məlumatı sanki heç yaşanmamış kimi tamamilə unudur.


“Travmadan əvvəlki xatirələr adətən qalır, çünki beynin fərqli bölgələrinə paylanır. Amma travmadan sonra yeni xatirələr qalıcı yaddaşa yerləşmir. Buna görə insan hər oyandığında beyni son yaşadıqlarını “yaza”’ bilmədiyi üçün şüur daima travmaöncəsi dövrə qayıdır. Bu vəziyyət xüsusilə hipokampus və əlaqəli yaddaş şəbəkələrinin zədələnməsi ilə izah olunur” -  deyə Prof. Dr. Çakar bildirir.

O, həmçinin travmatik beyin zədəsində mikroskopik zədələrin standart MRT və KT kimi görüntüləmələrdə çox vaxt görünmədiyini, buna görə daha inkişaf etmiş üsullara ehtiyac ola biləcəyini, erkən və çoxşaxəli neyroreabilitasiyanın isə sağalma şansını artırdığını vurğulayır.


Nəticə olaraq Riley Hornerin hekayəsi travmatik beyin zədəsinin yaddaş və kimlik üzərində necə dağıdıcı təsir göstərə biləcəyinin nadir və dramatik bir nümunəsi kimi təqdim olunur. Prof. Dr. Engin Çakarın sözlərinə görə erkən müdaxilə, ixtisaslı mərkəzlərdə neyroreabilitasiya, texnoloji cihazlarla dəstək və gündəlik həyatda kompensasiya üsulları (ajanda, xatırladıcılar, tətbiqlər) xəstənin həyat keyfiyyətini ciddi şəkildə yüksəldə bilər.

Beynin xatirə formalaşdırma sistemi çox həssasdır; Rileynin yaşadığı kimi hallar, hipokampus-medial temporal şəbəkələrin zədələnməsinin yeni xatirələrin qeydə alınmasını necə dayandırdığını açıq göstərir. Bu da travmadan sonra köhnə xatirələrin qorunub qalmasına, amma yenilərinin yazılmamasına səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri