Icma.az
close
up
RU
Zaman və zamansızlıq

Zaman və zamansızlıq

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Zaman və məkan mütləq olmayan, Allahın yoxdan var etdiyi məfhumlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki, onlara tabe deyil. Allah zamanın hər anını zamansızlıqda yaratmışdır. Materialistlərin dərk edə bilmədikləri “qədər” (*) həqiqətinin də mahiyyəti bundadır.
Zamanın axarını ətrafımızda baş verən hadisələri bir-biri ilə müqayisə edərək anlayırıq. Məsələn, günəş doğur, batır, səhəri gün yenə doğur, batır. Ancaq biz aradan keçən bu vaxtı bir gün adlandırırıq. Bu hadisə 30-31 dəfə təkrar olunur, buna isə bir ay deyirik. Əgər bizdən ötən bir ay barədə soruşsalar, təbii ki, çox az şey xatırlayır, zamanın bir göz qırpımında ötüb keçdiyini etiraf edirik. Bir sözlə, biz zamanın keçməsini hərəkət və səbəb-nəticə əlaqələrinin köməyi ilə hiss edirik.
Əgər gündüz gecəni, gecə gündüzü əvəz etməsə idi, ya da əlimizdə zamanın keçdiyini göstərən bir saat olmasa idi, bəlkə də, keçən vaxtın müddətini, günün nə vaxt başlayıb, nə vaxt bitdiyini bilməzdik. Bu baxımdan istinad nöqtəsi olmadan zamanın hansı sürətlə keçdiyi barədə də dəqiq mühakimə apara bilmərik.
Zamanı, vaxtı ölçmək üçün istifadə edilən məfhumlar müxtəlifdir. Məsələn, əgər bir saat darıxdırıcı keçirsə, deməli, bizə saatlar qədər uzun görünür. Əgər eyni vaxt maraqlı keçirsə, bəzən 3-4 dəqiqədən də qısa olur.
Bizim daxilimizdə hiss etdiyimiz dəyişkən zaman məfhumu əslində fizikada da isbat edilmişdir. Həmçinin bu, materialist düşüncəli insanların dərk edə bilmədiyi çox vacib bir həqiqətdir. Buna səbəb isə onların zamanın sabit, mütləq və dəyişməz olduğunu qəbul etmələridir. Əslində isə zaman sabit və dəyişməz deyil. Hər cismin sürətinə və vəziyyətinə görə zamanın da sürəti dəyişir.
Bir cismin sürəti artdıqca o cism üzərindəki zaman yavaşlayır. Bu həqiqət məşhur fizik Albert Eynşteyn tərəfindən Ümumi Nisbilik Nəzəriyyəsində də izah edilir. Bu nəzəriyyəyə görə, əkiz qardaşlardan birini raketə qoyub işıq sürətinə yaxın bir sürətlə fəzaya göndərsək, o, geri qayıdanda dünyadakı əkiz tayının qocaldığını görəcək. Bu proses ata ilə oğul arasında təkrarlansa da, nəticə eyni olacaq.
Bir cismin təkcə sürəti yox, vəziyyəti də zamana təsir edir. Nəticədə, nisbilik teoremi sürətə və vəziyyətə görə fəzada müxtəlif zaman dilimlərinin olduğunu göstərir. Qara dəliklər isə astronomiyada zamansızlığın və sonsuzluğun meydana gətirdiyi fiziki məkanlar kimi qarşımıza çıxır. Bütün bunlar Quranda bəhs edilən nisbi zaman məfhumunun elmi izahıdır.
Biz zamandan və məkandan asılı olduğumuz üçün yalnız yaşadığımız anı hiss edirik. Buna görə də, keçmiş bizim üçün keçmişdir, gələcək bizim üçün gələcəkdir. Zamansız və məkansız olan, yəni zamana və məkana tabe olmayan Allah üçün isə keçmiş də, gələcək də birdir. Çünki hər şeyi yaradan Odur!
(*) - tale
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 İyun 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri