Icma.az
close
up
RU
Zamanın acı REALLIĞI Gənclər niyə uşaq yox, ev heyvanı böyütməyə üstünlük verir?

Zamanın acı REALLIĞI Gənclər niyə uşaq yox, ev heyvanı böyütməyə üstünlük verir?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər bir çox gənc ailə qurmaq və uşaq sahibi olmaq əvəzinə ev heyvanı saxlamağa üstünlük verir. Bu tendensiya yalnız fərdi seçim deyil, həm də müasir həyat tərzinin, sosial və iqtisadi reallıqların nəticəsi kimi dəyərləndirilir.
Bəs gənclər niyə uşaqlara yox, ev heyvanlarına sevgi bəsləyirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Sevda Kazımova bildirib ki, artıq həyat əvvəlki kimi sadə deyil - böyük şəhərlərdə bahalı mənzillər, gərgin iş qrafiki, maddi sıxıntılar və sosial təzyiqlər gəncləri daha praktik düşünməyə vadar edir:
“Uşaq böyütmək uzunmüddətli maddi və emosional məsuliyyət tələb edir. Ev heyvanı saxlamaq isə həm yoldaşlıq, həm də sevgi hissi verir, lakin daha az məsuliyyətlə… Bir çox gənc “uşağın gələcəyini təmin edə bilmərəm” deyə düşünür, amma bir pişiyə və ya itə qayğı göstərmək həm sadə, həm də ruha rahatlıq verən bir məşğuliyyətə çevrilir”, - deyə Sevda  Kazımova bildirib.
Psixoloq qeyd edib ki, əvvəllər “xoşbəxt ailə” anlayışı ər, arvad və uşaqdan ibarət sayılırdısa, indi bu anlayış dəyişib:
“İndi xoşbəxtlik anlayışı hər kəs üçün fərqlidir. Kimi üçün bu, karyera, kimi üçün azadlıq, kimi üçün isə sadəcə sakit bir ev və yanında sevdiyi heyvandır. İnsanlar öz həyatlarına daha çox nəzarət etmək, azad qərarlar vermək istəyirlər. Ailə qurmaq artıq məcburi addım deyil, seçim sayılır”.
Sevda Kazımovanın fikrincə, gənclərin uşaq əvəzinə heyvan böyütməsi cəmiyyətin dəyərlərindən uzaqlaşması deyil, zamanın dəyişən reallığıdır:
“Müasir dövrdə hər kəsin xoşbəxtlik formulu fərqlidir. Kimisi ana, ata olmağı seçir, kimisi isə bir pişiyə, itə və ya quşa sahibi olmağı. Vacib olan budur ki, insan sevdiyi, qayğı göstərdiyi bir varlıqla paylaşım içində olsun - bu, istər uşaq, istər heyvan olsun, fərqi yoxdur. Çünki sevgi, mahiyyətcə, eynidir”.
Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Noyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri