Icma.az
close
up
RU
Zamanın sirri: vaxt həm irəli, həm də geri axa bilər

Zamanın sirri: vaxt həm irəli, həm də geri axa bilər

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Elm adamları zamanı nə qədər dərindən araşdırırlarsa, bir o qədər qəribə nəticələr ortaya çıxır. Gündəlik təcrübəmizdə zaman həmişə irəli axsa da, fizikanın qanunlarına əsasən zamanın həm irəli, həm də geri istiqamətdə axa bilməsi mümkündür.

Reyting.az xəbər verir ki, bu fikirlər “Science Focus” jurnalında dərc olunan “Vaxt mövcud olmaya da bilər: fiziklərin baxışı” adlı elmi məqalədə yer alıb.

Məqalədə zamanın üç əsas izahına toxunulur. Elm adamları bildirirlər ki, koordinat vaxtı tənliklərdə sadəcə riyazi parametrdir. Bu səbəbdən nisbilik nəzəriyyəsində zaman məkanın dördüncü ölçüsü kimi qəbul olunur və keçmiş, indi, gələcək eyni anda mövcud hesab edilir. Termodinamik zaman isə entropiyanın artması istiqamətidir və biz zamanı məhz bu qaydada - qarışıqlığın artması şəklində hiss edirik. Bu elmi təriflər bir-biri ilə uyğun gəlmədiyi üçün zamanın təbiəti hələ də alimlər arasında mübahisəli məsələ olaraq qalır.

Kvant qravitasiyası və zamanın yoxluğu

Tədqiqatçıların fikrincə, kvant mexanikası ilə ümumi nisbilik birləşdirildikdə olduqca qəribə nəticələr üzə çıxır. 1967-ci ildə irəli sürülmüş “Wheeler–DeWitt” tənliyi zamanın tənliklərdə görünmədiyini göstərir və bu da zamanın illüziya olması ehtimalını gücləndirir. Hazırda əsas suallardan biri belədir: Kvant dolaşıqlığı zamanı necə yarada bilər?

Məqalədə qeyd olunur ki, elektronlar ölçülənə qədər superpozisiyada olur və bu vəziyyət onların daha güclü şəkildə dolaşmasına şərait yaradır:

“1983-cü ildə alimlər təklif etmişdilər ki, zaman dolaşıq kvant saatlarını müşahidə etdiyimiz anda yaranır. Bu isə o deməkdir ki, bizim “zaman” adlandırdığımız anlayış sadəcə müşahidənin nəticəsi ola bilər. Burada çətinlik ondan ibarətdir ki, kvant səbəblərinə üstünlük verilərsə, səbəb və nəticə arasındakı ardıcıllıq qarışa bilər”.

Alimlərin fikrincə, kvant superpozisiyası səbəb və nəticənin ardıcıllığını qeyri-müəyyən edə bilər. Hətta bir çox tədqiqatçı bəzi hallarda gələcəyin keçmişə təsir etməsi ehtimalının elmi baxımdan araşdırılmalı olduğunu deyir.

Qravitasiya ilə birlikdə zamanın daha da mürəkkəbləşdiyi də məlumdur. Müxtəlif hündürlüklərdə yerləşən dolaşıq kvant saatları fərqli sürətlə işləyir. Tədqiqatçılar bildirirlər ki, onları ölçmədikcə baş verən hadisələrin hansının əvvəl, hansının sonra yaşandığını müəyyənləşdirmək mümkün olmur. Bu amil bəzən zamanın “geriyə doğru” təsirlərə imkan yarada biləcəyini göstərir.

Alimlərin gəldiyi nəticə belədir:

“Vaxt - fizikanın ən sirli və çoxüzlü anlayışlarından biridir. Ola bilsin ki, zaman vahid və sabit bir anlayış deyil, müxtəlif vəziyyətlərdə fərqli xüsusiyyətlər göstərən mürəkkəb bir fenomendir”.

Oqtay QORÇU


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Dekabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri