Icma.az
close
up
RU
Zamin durmaq hansı hallarda ciddi maliyyə riskinə çevrilə bilər? Açıqlama

Zamin durmaq hansı hallarda ciddi maliyyə riskinə çevrilə bilər? Açıqlama

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kredit götürərkən borcalanın üzərinə düşən öhdəliklərlə yanaşı, zaminin də maliyyə məsuliyyəti yaranır. Bir çox hallarda zaminlik sadəcə formal imza kimi qəbul edilsə də, borcun ödənilməməsi zamanı zamin üçün də ciddi maliyyə nəticələri yarana bilər. Bu səbəblə zamin durarkən hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?

İqtisadçı Xalid Kərimli Banco.az-a açıqlamasında bildirib ki, zamin olmaq borcalanla eyni öhdəlikləri daşımaq deməkdir:

"Borcalan ödənişi etmədiyi halda isə ödəniş öhdəliyi zaminə yönəldilir. Borcalanın öhdəliyi aradan qalxmır, amma öhdəliyin icrası zaminin də üzərinə düşür.

Ona görə də sual yaranır: Zamin olmaq nə zaman ciddi maliyyə riskinə çevrilə bilər? Borcalan borcu ödəmədikdə və ya ödənişi gecikdirdikdə bu, zamin üçün artıq ciddi maliyyə riskinə çevrilə bilər. Buna görə də zamin olmamışdan əvvəl kimə zamin duracağınızdan əmin olmaq lazımdır.

Hətta zamin durduğunuz borc öhdəliyi sizin müştəri kredit reyestrində, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrində öhdəliyiniz kimi göstərilir. Bu, kifayət qədər əhəmiyyətli məsələdir".

İqtisadçının sözlərinə görə, borcalan borcu ödəmədiyi halda bank və ya digər maliyyə qurumu, yəni borc verən tərəf birbaşa zamindən ödəniş tələb etmək hüququna malikdir: "Zamin də həmin borcu ödəmək məcburiyyətində qala bilər. Yəni borcalanla eyni öhdəlikləri daşıyır.

Zamin borcu ödədikdən sonra isə ödədiyi məbləği borcalandan tələb edə bilər. Yəni kimə zamin durubsa, həmin şəxsdən ödədiyi vəsaiti geri tələb etmək hüququ yaranır. Buna reqres hüququ deyilir. Başqa sözlə, bir şəxsin əvəzinə ödəniş edən zamin sonradan həmin məbləğin borcalandan geri qaytarılmasını tələb edə bilər.

Amma bu, ayrıca bir prosesdir. Borcalan maliyyə qurumuna olan borcunu ödəmədikdən sonra zaminin ödədiyi vəsaiti də geri qaytarmaya bilər. Buna görə də zaminlik məsələsinə kifayət qədər ciddi yanaşmaq lazımdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri