Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Zamin hansı hallarda pul ödəyir?

Zamin hansı hallarda pul ödəyir?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qanunvericiliklə kreditin təminat üsullarından biri də zaminlikdir.

Bakıvaxtı.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu zaminlik ilə bağlıdır.

 Zaminlik öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür.
Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.

Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Yəni, əsas (təmin olunan) öhdəliyin etibarsızlığı zaminliyin etibarsızlığına səbəb olur. Zaminlik müqaviləsinin etibarsızlığı isə, əksinə, əsas öhdəliyin etibarsız hesab edilməsinə dəlalət etmir.

Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin qanunvericilikdə zaminin göstərdiyi xidmətə görə borcludan haqq almaq hüququ var. Əgər müqavilədə bu nəzərdə tutularsa onda zaminlik əvəzli olmuş olur.

Zamin olan şəxs hansı öhdəlikləri götürmüş olur?

Mülki qanunvericilik zamin duran şəxsin məsuliyyətinin iki növünü müəyyən edir.

- Subsidiar məsuliyyət (ehtiyat, yardımçı)

- Birgə məsuliyyət

Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

Zaminliyin ikinci formasında isə ümumi qaydaya görə, borclu və zamin kreditor qarşısında birgə (solidar) məsuliyyət daşıyırlar. Kreditorun ixtiyarı var ki, o, öhdəliyin icrasını öz arzusu ilə həm borcludan, həm də zamindən tələb etsin. Bankların və kredit təşkilatlarının istifadə etdiyi zaminlik müqaviləsinin hamısı demək olar ki zaminin birgə məsuliyyətini nəzərdə tutur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu, o deməkdir ki, zaminlik öhdəliyi üzrə zaminin kreditor qarşısında öhdəliyi borclunun əsas (təmin olunan) öhdəlik üzrə öhdəliyi ilə həcm etibarilə bərabər olub, üst-üstə düşür. Bu halda əsas öhdəlikdən (borcdan) əlavə, zamin kreditora ödəməlidir: faizləri; borc tutulması üzrə məhkəmə xərclərini; borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini; dəbbə pulunu.

Zamin krediti ödəmədikdə və ya gecikdirdikdə nə baş verir?

Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Elə hallar olur ki, bank zaminə xəbərdarlıq etmədən onun əmək haqqı kartından kredit ödənişini birtərəfli qaydada silir. Bu o halda olur ki, zamin rəsmi olaraq işləyir və əmək haqqı kartı zamin durduğu borclunun kredit götürdüyü bankdadır. Adətən bank zaminlik müqaviləsi bağlayarkən belə bir müddəa əlavə edir ki, əgər kredit ödənişi gecikdirilərsə kreditorun hüququ var ki, akseptsiz qaydada zaminin əmək haqqından kredit ödənişini tutsun. Belə bir bənd yoxdursa bankın qeyd edilən hərəkətləri qanunsuzdur və məhkəmə qaydasında iddia qaldıraraq tutulmuş məbləği geri tələb etmək olar.

Müqavilə imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyır. Əgər borclunun krediti ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, ümumiyyətlə hər hansı səbəbdən onu borcunu ödətdirmək mümkün olmursa, borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Amma məsələnin başqa tərəfi var - zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər.

Zaminlik müqaviləsinin müddəti nə qədərdir?

Əksər hallarda zaminlik müqaviləsində onun müddəti göstərilmir. Bankların əsaslandırmasına, əsasən, borcluya münasibətdə iddia müddəti 3 ildir, zaminin öhdəlik müddəti isə, kredit tam ödənilənədəkdir, yəni zaminlik müqaviləsi kredit ödənilənədək qüvvədədir. Ancaq bu haqda müddəa etibarsızdır. 3 illik iddia müddəti ötməyibsə, doğrudan da bank borcludan krediti tələb edə bilər. Lakin, bunun zaminə aidiyyəti yoxdur. Deməli, əgər kreditin müddəti 1 ildirsə, həmin 1 il bitəndən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilər. Buna görə də, zaminlər ilk növbədə kredit müqaviləsində kreditin hansı müddətə verildiyinə diqqət etməlidirlər. Həmin müddətdən 1 il ötübsə, zamin zaminlik öhdəliyindən azad hesab olunur və bankdan da bunu tələb edə bilər.

Zaminliyə hansı hallarda xitam verilə bilər?

• zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

• əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

• kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

• zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən 2 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri