Zaporojyeyə hücum azı 3 nəfər ölüb
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, Zaporojye Vilayət Prokurorluğunun məlumatına görə, Balabino qəsəbəsində idarə olunan aviasiya bombalarının (KAB) ictimai nəqliyyat dayanacağı yaxınlığına düşməsi nəticəsində ilkin olaraq 2 nəfərin öldüyü, azı 4 nəfərin yaralandığı bildirilirdi.
Daha sonra Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov ölənlərin sayının 3-ə çatdığını açıqlayıb.
Məlumata görə, zərbələr dayanacaq yaxınlığına endirilib və həmin vaxt orada olan şəxslər arasında ölən və yaralananlar olub. Hücum nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinə də ziyan dəyib.
Bundan əlavə, Zaporojye şəhərinə FPV tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə yanacaqdoldurma məntəqəsində yanğın baş verib, avadanlıqlar zədələnib. Hadisə zamanı 59 yaşlı kişi xəsarət alıb. (APA)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















