Icma.az
close
up
RU
Zaqatala sakinləri təyyarə qəzasından sonra görülən tədbirləri yüksək qiymətləndirilər AZƏRTAC

Zaqatala sakinləri təyyarə qəzasından sonra görülən tədbirləri yüksək qiymətləndirilər AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Zaqatala, 26 dekabr, AZƏRTAC

Ötən gün Qazaxstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında Zaqatala rayonunun sakinləri də olub. Onların arasında ölən də var, xoşbəxtlikdən sağ qalanlar da. Sərnişinlərdən 8 nəfəri Danaçı kəndinin, iki nəfər isə Paşan və Höytəla kəndlərinin sakinləri olub.

AZƏRTAC -ın bölgə müxbiri Danaçı kəndində olub, təyyarə qəzasında yaralanan sakinlərin yaxınları, qohumları və ailə üzvləri ilə görüşüb, onların son durumu və vəziyyətləri ilə maraqlanıb.

Danaçı kəndinin sakinləri zəhmətkeş, alın təri ilə ailəsini dolandıran insanlardır. Burada elə ailə olmaz ki, müxtəlif ölkələrdə iş dalınca getməsin. Əsasən də Rusiyanın şəhərlərində qohumu olanlar, ailə üzvləri yaşayanlar az deyil. Bu kənd həm də ölkəmizdə ən çox velosiped və motoskleti ilə tanınan bir yaşayış məntəqəsidir. Lakin dünəndən kənddə sakitlik hökm sürür. Həmkəndlilərinin, qohum-əqrabanın təyyarə qəzasına düşməsi hamını narahat edib. Sosial şəbəkələrin məlumatları insanlarda təşviş yaratsa da, Prezident İlham Əliyevin səfərini yarıda kəsərək ölkəyə qayıtması və təcili müşavirə keçirməsi bütün zaqatalalılar kimi Danaçı sakinlərinin də ürəyindən xəbər verib.

Kənddə olduğumuz bir neçə saat ərzində sakinlərlə əsasən təyyarə faciəsi haqda fikir mübadiləsi apardıq, yaralıların vəziyyəti ilə maraqlandıq. Təyyarədə qəzaya düşənlər arasında ata Xızrı və qızı Səliyyət Geerovlar da var. Ötən gün Səliyyətin anası ilə telefon söhbəti ürəklərə su səpsə də, qızın atasından hələlik xəbər yoxdur. Qohum-əqraba dünəndən onların evinə axın edir. Geerovların qonşusu və qohumu Şaban Əliyev ailənin üç uşağı olduğunu və hər birinin zəhmətlə yaşadığını deyir: “Mehriban ailədirlər. Qızından xəbər çıxdı, amma qonşu Xızrıdan hələ xəbər yoxdur. Biz yaxşı xəbər gözləyirik”. Şaban Əliyev dövlət başçısının müşavirədə çıxışını izlədiklərini və onun xalqla olduğunu inam və qürurla söylədi.

Bakı-Qroznı təyyarəsində uçanlar arasında bu kəndin qocaman sakinləri Nurulla və Müslümət Sıracovlar da olub. Ailənin yaxın qohumu Sabir Əhmədov bildirir ki, valideynlərin üç oğlu var və onların hamısı Qroznıda yaşayır. Valideynlər də Yeni ili qarşılamaq, həm də qışı övladlarının yanında keçirmək üçün gedirmiş. Sabir Əhmədov hadisələri, xəbərləri daha çox rəsmi kanallar vasitəsilə izlədiklərini və dövlətin lazım olan bütün tədbirləri görməsini yüksək qiymətləndirib.

Qəzada yaralanan Mahir Carayevin qardaşı Məzahir Carayev, eləcə də Nizami Cəlilovun atası Fizuli Cəlilovla da görüşüb söhbətləşirik. Onlar da yaxınlarının müalicə və müayinəsinin uğurla davam etdirildiyini bildirirlər. Fizuli Cəlilov bir valideyn olaraq dövlətin hadisə yerinə böyük bir heyət göndərməsini, Prezident İlham Əliyevin müşavirə keçirərək bütün tədbirlərin görülməsi barədə tapşırıq verməsini ürəkdən alqışladıqlarını ifadə edib.

Xatırladaq ki, baş vermis faciə ilə əlaqədar bu gün Azərbaycanda matəm elan olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri