Zaqatalada dostlar arasında DAVA: Qanlı hadisənin TƏFƏRRÜATI Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Zaqatalada baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mosul kəndində baş verib.
Kənd sakinləri olan 24 yaşlı Seymur Əsgərov və 30 yaşlı Rasim Əhmədov bir yerdə yeyib-içdikdən sonra dalaşıblar.
Onların arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Seymur Əsgərov bıçaqla Rasim Əhmədova xəsarət yetirib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Seymur Əsgərov saxlanılıb.
O, ilkin ifadəsində mübahisə zamanı Rasim Əhmədovun nalayiq ifadələr işlətdiyini və bu səbəbdən onu bıçaqladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 10:42
Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Rasim Nurməhəmməd oğlu Əhmədova bıçaqla xəsarətlər yetirib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















